Daha rahat avtobuslarda, modern metro vaqonlarında getmək istəyiriksə…

Mən mətbuatda Tarif Şurasının ictimai nəqliyyatda qiymət dəyişikliyi ilə bağlı qərarı ilə tanış oldum. Hesab edirəm ki, qiymət dəyişikliyi ölkəmizdə nəqliyyat sahəsində xidmətin yüksəlməsinə səbəb olacaq. 
 
Ekspertlər haqlı olaraq qeyd edirlər ki, nəqliyyatda qiymətlərin tənzimlənməsi büdcəyə vergidaxilolmalarını artıracaq. Belə ki, marşrut sahiblərinin dövlətə ödədikləri vergilər çoxalacaq. Deməli, dövlətimiz daha varlı, rifahımız daha yüksək olacaq.
Ölkəmizdə nəqliyyat xidmətlərinə görə qiymətlər uzun illər dəyişdirilməmişdi. Bəllidir ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ildə, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ildə təsdiq edilib. 
Son illər Azərbaycanın nəqliyyat sistemində böyük dəyişikliklər baş verib. Ölkəmizin nəqliyyat infrastrukturu, demək olar ki, yenidən qurulub, ictimai nəqliyyat və metro xidməti müasir standartlara uyğun yenidən formalaşdırılıb. Yaxşı xidmət üçün isə müvafiq olaraq daha çox ödəməlisən. Bəli, qiymət dəyişikliyinə zərurət yaranmışdı. 
Həqiqət naminə demək lazımdır ki, yeni qiymət dəyişikliyindən sonra da Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlər əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır.
Əgər biz sərnişinlər rahat avtobuslardan, modern metro vaqonlarından istifadə etmək istəyirikcə, qiymətlərin artmasına normal yanaşmalıyıq. Ümid edirəm ki, ölkə vətəndaşlarının əksəriyyəti Tarif Şurasının qərarına məhz bu mövqedən yanaşacaq.
Yunis QULİYEV,
mühəndis

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında