Metro ziyanla işləməklə inkişaf edə bilməz

Mən 40 ilə yaxındır ki, müəllim işləyirəm. Hər gün metrodan istifadə edirəm. Mənimlə yanaşı, minlərlə insan da bundan yararlanır. Bu nəqliyyat vasitəsi çox rahat və əlverişlidir. Getmək istədiyin əraziyə vaxtında çatırsan. Digər nəqliyyat vasitələri kimi tıxaca düşmürsən, işıqforlarda vaxt itirmirsən. Ona görə də metro ən sərfəli nəqliyyat vasitəsi hesab edilir. 
 
Bakı metropoliteni qədim tarixə malikdir. Bu nəqliyyat vasitəsilə daşınan sərnişinlərin sayına görə Bakı dünyada 41-ci yerdədir. Bakı Metropoliteni bir sıra özəlliyinə görə, Şərqdə ilk metro kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Son illər bir sıra stansiyalarda aparılan yenidənqurma və abadlıq işləri, rahat, səliqəli, işıqlı vaqonların alınması bu nəqliyyat vasitəsindən istifadə edən sərnişinlərin sayını daha da artırıb.
Hər dəfə metronun “Nizami” stansiyasına daxil olanda buradakı sənət əsərlərinə baxmaqdan doymuram. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu əsərləri 40 ilə yaxındır ki, metro divarları üzərinə həkk olunub. Xalq rəssamı Mikayıl Abdullayevin eskizləri əsasında mozaika ilə hazırlanan əsərləri mütəmadi olaraq yenilənir. Tarixi görkəmini saxlamaqla günü-gündən abadlaşan və müasirləşən stansiyalarda bəzi köhnə qurğuları yeni məlumat lövhələri əvəzləyir. Həm gediş haqqının çox ucuz olması, həm də səliqə-sahmana görə metro ən sərfəli nəqliyat vasitəsidir.
Mən, demək olar ki, hər gün bu nəqliyyat vasitəsindən istifadə edirəm. Tarif Şurası Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin, o cümlədən metroda gediş haqqının tənzimlənməsinə dair qərar qəbul edib. Qərara əsasən metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Bu, məni bir o qədər də təəssüfləndirmədi. Çünki dünya ölkələri ilə müqayisədə Azərbaycanda metronun qiyməti aşağı səviyyədədir. Qiymət artımına baxmayaraq, əksər MDB və region ölkələri ilə müqayisədə Azərbaycanda nəqliyyat xidmətləri hələ də ucuzdur.
Son 10 ildə Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalırdı. Bu müddət ərzində əmək haqqları, pensiyalar, sosial müavinətlər, ünvanlı sosial yardım, tələbələrin təqaüdləri dəflərlə artırılıb. Pensiyaların isə hər il artırılması ənənə halını alb. Bütün bunlardan sonra, metroda və ya digər nəqliyyat vasitələrində gediş haqqının 20 qəpikdən 30 qəpiyə qaldırılması heç bir narahatlıq və problem yaratmayacaq. Mən yenə də böyük həvəslə bu nəqliyyat vasitəsindən istifadə edəcəyəm.
Təvəkkül RZAYEV,
müəllim

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında