Tarif Şurasının qərarı ciddi arqumentlərə əsaslanır

Tarif Şurasının Azərbacanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qəbul etdiyi qərarın ictimaiyyətə çatdırılmasından keçən qısa müddətdə sosial şəbəkədə və antiazərbaycan qüvvələrin ruporu kimi çıxış edən mətbuat vasitələrində hədyan söylənir. Nəinki iqtisadiyyatdan, tarifdən, qiymətlərin tənzimlənməsindən, heç adi hesablamalardan da başı çıxmayan adamlar mütəxəssislərə dərs verməyə çalışırlar.  
 
Halbuki, onlar Tarif Şurasının qərarının əsassız olduğunu “sübut etmək” üçün konkret arqumentlər gətirməli idilər. Gətirə bilmədilər. Üstəlik, bu məqsədlə ekspert rəylərindən, müxtəlif dünya ölkələrində analoji xidmətlərə görə ödəmə haqqı ilə Azərbaycandakı vəziyyətin müqayisəli təhlilindən də söz açan tapılmadı. Yəni nə danışdılarsa, nə yazdılarsa, elə havadan, qarasına “pisdir!” – deməklə kifayətləndilər. Daha doğrusu, həmişə nə etmişdilərsə, indi də onu təkrarladılar. Çünki bu qərarın yanlış olduğunu sübut edəcək arqumentləri, dəlilləri, faktları yox idi. Bundan sonra da olmayacaq. 
Bu qərarın əsaslı olduğunu deyən mütəxəssislər isə konkret faktlara, rəqəmlərə istinad etdilər. Həmin konkret faktlar nədən ibarət idi? Məsələn, bildirilir ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Yaxud, göstərilir ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər axırıncı dəfə 10 il bundan qabaq dəyişdirilmişdi. Xatırladılır ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ildə, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilidə təsdiq edilib. Ancaq elə ölkələr var ki, orada anoloji qərarlar hər iki-üç ildən bir qəbul edilir. Bundan başqa, ölkəmizdə həmin qiymətlərin artırılmasından keçən 8-10 ildə nəqliyyat infraztrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro xidmətinin səviyyəsi müasir standartlara uyğun, yenidən formalaşdırılıb.
Ekspert rəylərində bildirilir ki, avqustun 1-dən etibarən tətbiq ediləcək qiymətlərin nəzərə alınmasından sonra belə, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda yenə də əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. O da vurğulanır ki, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə və onun maliytə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Bir sözlə, qaragüruhçuların qaldırdıqları vay-şivən tamamilə əsassızdır və Azərbaycan dövlətinin öz vətəndaşlarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi möhtəşəm tədbirlər fonunda bu qiymət artımı cüzi və qətiyyən nəzərə çarpmayacaq səviyyədədir. Ona görə də kimsə hansısa qərar üzərində şou yaradırsa, bəri başdan bilsin ki, heç nəyə nail ola bilməyəcək. 
Müqamət ƏLİYEV, 
Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında