Dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canındadır

Son zamanlar sosial şəbəkələr kifayət qədər aktivləşib və ən acınacaqlısı budur ki, bu aktivlik əsasən milli maraqlar, dövlətçilik əleyhinə təbliğatla müşayiət olunur. Bir müddət əvvəl xarici ölkələrdə oturub ölkəmizə qarşı söyüş-qarğış kampaniyası aparılırdısa, indi də din pərdəsi altında antiazərbaycan təbliğatı davam etdirilir. Məsələn, müxtəlif statuslarda, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, ümumiyyətlə insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi, sadəcə, vaxtı uzatdığı və sair kimi iddialar irəli sürülür. 
 
Amma bu cür yalançı təbliğatla Azərbaycan xalqını aldadıb təsir altına salmaq mümkün deyil. Bütün bu hədyanları danışanların özləri də bilirlər ki, Azərbaycan dini və milli tolerantlıq məkanıdır. Bu ölkədə heç zaman milli-etnik və dini ayrı-seçkilik olmayıb. Bunu ölkə ictimaiyyəti də yaxşı bilir.  Xalqımızın ümummilli lideri Heydər Əliyev dilindən, milliyyətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının həmişə həmrəy olduqlarını, ümumi Vətən naminə fəaliyyət göstərdiklərini qeyd edirdi. Onun sözlərinə görə, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canındadır. 
Ulu öndər çıxışlarından birində bu barədə deyirdi: “Ölkəmizin ictimaiyyətini və məni narahat edən bir hadisə ilə əlaqədar öz münasibətimi bildirmək istəyirəm.  Azərbaycanda söz azadlığı, mətbuat azadlığı demokratiyanın əsas prinsiplərindən biri olaraq, tam bərqərar olunubdur. Ancaq təəssüflər olsun ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər, yaxud müstəqil qəzetlər, müxtəlif partiyalara mənsub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui-istifadə edirlər. Biz qəzetlərdə çox tez-tez ayrı-ayrı insanların təhqir olunmasının, onların haqqında böhtanlar, yalanlar yazılmasının şahidiyik. Mənim özümü də, Azərbaycan Prezidentini də bəzi hallarda təhqir edirlər, mənə böhtanlar atırlar. Mənim haqqımda müxtəlif uydurmalar yayırlar. Ancaq mən bunlara dözürəm. Dözürəm, ona görə yox ki, mən bunlara qarşı qanun çərçivəsində tədbir görə bilmərəm. Ona görə ki, mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatına, Azərbaycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm”.
Əlbəttə, bu şəkildə təbliğat aparanlar heç nəyə nail olmayacaqlar. Dəfələrlə təsdiq olunub ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Bu il aprelin 11-də keçirilmiş seçkilərdə xalq öz səsini İlham Əliyev siyasətinə verdi. Ona görə də Azərbaycanda dini dövlət yaratmaq və sair kimi çağırışlar iflasa məhkumdur. 
Nizami SÜLEYMANOV, 
 Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında