Mənfur qüvvələr öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər

Azərbaycan tarixən çoxkonfessiyalı ərazi kimi tanınıb. Burada ayrı-ayrı dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayıblar. Hazırda da paytaxt Bakıda bütün dinlərin nümayəndələri üçün lazımi şərait mövcuddur. Şübhəsiz ki, bu məsələdə dövlətin qayğı və dəstəyi hər zaman diqqət çəkir. Fikrimin təsdiqi kimi bir fakta nəzər salmaq istərdim. Sayca çox az olan katolik xristianların paytaxtın mərkəzi hissələrindən birində əzəmətli məbədi fəaliyyət göstərir. Bundan başqa, yəhudilər üçün sinaqoqların, provaslavlar üçün kilsənin, müsəlmanlar üçün məscidlərin olması da heç kəsə sirr deyil. Bax, elə təkcə bu misal Azərbaycanda tolerant mühitin mövcudluğundan xəbər verir.
 
Onu da deyim ki, hazırda respublikamızda dinlərarası münasibətlər ideal səviyyədədir. Dövlət və din münasibətləri qarşılıqlı hörmətə əsaslanır və bir-birinin sərhədlərini yaxşı tanıyır. Ona görə də bu gün Azərbaycanda din insanların yaşam tərzi, mənəvi seçimi kimi  dövlətin himayəsinə alınıb, inanclı, dindar vətəndaşların da dövlətin qanunlarına və digər dinlərə hörmət qoyması, habelə tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edib.
Təbii ki, belə olan halda hüquqi, dünyəvi, demokratik dövlət olan Azərbaycanda dini zəmində heç bir qarşıdurma baş verə bilməz, eyni zamanda, ayrı-ayrı din xadimlərinin hansısa bir formada, yaxud şəraitdə sıxışdırılmasından söhbət belə gedə bilməz. Lakin çox təəssüf ki, son vaxtlar respublikamızın uğurlarına qısqanclıqla yanaşan, ölkədə sabitliyin pozulmasına maraqlı bəzi qüvvələr cidd-cəhdlə sosial şəbəkələrdə din pərdəsi altında antiazərbaycan təbliğatı aparmağa cəhd göstərir, müxtəlif çağırışlar, videomüraciətlər yayımlayır, fitnəkarlıqlar törətməyə can atırlar. Bu zaman isə belə bir iddia irəli sürürlər ki, guya Azərbaycanda insan hüquqları pozulur, bu məsələ məqsədli şəkildə diqqətdən kənar saxlanılır, eyni zamanda, bu barədə fikir bildirən din xadimləri sıxışdırılır. Amma ölkəmizi yaxından tanıyan, burada hökm sürən sabitlikdən, dinlərarası münasibətlərin ideal vəziyyətindən xəbərdar olan hər bir şəxs belə dezinformasiyaların yayılmasında hansı məqsəd güdüldüyünü dərindən anlayırlar. Bayaq bildirdiyim ki, bu böhtan və şantajla mənfur qüvvələr ölkəmizdəki daxili sabitliyi pozmağa, insanların dini inancları kimi həssas bir məqama toxunmaqla öz çirkin niyyətlərini reallaşdırmağa, dinlərarası qarşıdurma yaratmağa çalışırlar. Ancaq onlar heç nəyə nail ola bilməyəcəklər, ictimaiyyət, ziyalılar buna imkan verməyəcəklər. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var və ölkəmiz də ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil.
Aqil EYVAZOV,  
iqtisad üzrə fəlsəfə doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında