Vüqar Rəhimzadə: “Dindar” simasında dolaşan “agentlər”in antimilli təbliğatı fiaskoya uğrayacaq

Bu gün Azərbaycanda din-dövlət münasibətləri kifayət qədər normal səviyyədədir. Ana qanunumuz olan Konstitusiyaya görə də hər kəsin vicdan azadlığı var. Ölkə rəhbərliyi vətəndaşların bütün, o cümlədən bu hüququnun ən yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradır. Son illərdə istər paytaxtda, istərsə də bölgələrdə məscidlər əsaslı şəkildə təmir edilib, yeni məscidlər tikilib insanların istifadəsinə verilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, hüquqi, dünyəvi, demokratik dövlət olan Azərbaycanda dini zəmində heç bir qarşıdurma yoxdur və dinin, din xadimlərinin hansısa formada sıxışdırılmasından söhbət belə gedə bilməz. 
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 
Vüqar Rəhimzadə qeyd edib ki, son günlər bəzi “maraqlı dairələr” sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatı aparmağa cəhd edir, müxtəlif çağırışlar, videomüraciətlər yayımlayırlar. Guya ölkəmizdə insan hüquqları pozulur, din xadimləri sıxışdırılır. “Təbii ki, bütün bunlar absurddur və heç bir fakta əsaslanmır, məntiqə sığmır. Bu cür dezinformasiyaları yaymaqda məqsəd ölkəmizdəki daxili sabitliyi pozmağa cəhd etmək, insanların dini inanclarını istismar etməklə öz çirkin niyyətlərini həyata keçirməkdir. Ancaq ölkə ictimaiyyəti, ziyalılar hər zaman olduğu kimi, yenə də bu cür antimilli qüvvələrə layiqli cavab verirlər”,-deyə “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün ölkəmizdəki tolerant, multikultural mühit, bütün sahələrdə əldə olunan uğurlar dostları sevindirdiyi kimi, düşmənləri də ciddi şəkildə narahat edir. YAP Siyasi Şurasının üzvü deyib: “Artıq bütün dünya Azərbaycanı multikultural məkan, tolerant ölkə kimi tanıyır, qəbul edir və bunu yüksək keyfiyyət kimi qiymətləndirir. Müxtəlif millətlərin, dinlərin nümayəndələri ölkəmizdə azad, təhlükəsiz, sülh şəraitində yaşayırlar. Bu insanlar heç bir ayrı-seçkiliyə məruz qalmadan dövlətin onlar üçün yaratdığı bütün imkanlardan maksimum səviyyədə yararlana bilirlər. Görünür bu mühit bəzi “qüvvələri” qıcıqlandırır, onları narahat edir. Sosial şəbəkələrdə “dindar” simasında dolaşan “agentlər”in antimilli təbliğatı fiaskoya uğrayacaq. Xalq bu ünsürləri yaxşı tanıyır. Ölkəmizdə möhkəm təməllər üzərində qurulan ictimai-siyasi sabitliyi, xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz”.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında