“Beynəlxalq KİV-də Azərbaycana qarşı kampaniya aparılır və bununla bağlı nəsə etmək lazımdır”

Ölkəmizin hərtərəfli inkişafını gözü götürməyənlər artıq 25 ildir ki, rəsmi Bakının ünvanına qarayaxmalar yağdırır, şər, böhtan və iftiralarla gündən-günə artan nüfuzumuza xələl gətirməyə çalışırlar. İş o yerə çatıb ki, mənfur məqsədli, ikili standartlarla işləyən beynəlxalq təşkilat təmsilçisinin məkrli bəyanatlarından ruhlanan başqa bir ölkədə dini təhsil almış sıravi  gənc də televiziya ekranı qarşısına çıxır və özünü Azərbaycanın gələcəyinin təmsilçisi kimi təqdim edir. Məhz bu qəbildən olan antiazərbaycan təbliğatının  nəticəsi Gəncə terroru kimi qanlı hadisələrlə yadda qaldı. 
 
Bu gün ölkə rəsmiləri, ziyalılar, yaradıcı təşkilatların nümayəndələri, xüsusən, sayı yüz minlərlə hesablanan gənclər ordusu bədxahlarımızın istənilən hədə-qorxusunu, təhdidini, şər-böhtanla dolu qarayaxmalarını cavabsız qoymur, hər kəsə öz layiq olduğu yeri göstərir.
Ancaq fəxrlə deyə bilərik ki, təkcə ölkəmizdə deyil, eləcə də beynəlxalq aləmdə də hamı etiraf edir ki,  Azərbaycana qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılır.  Demokratik Azərbaycan Dünyası Partiyasının  sədri Əlisahib Hüseynov  bunların  biri haqqında danışdı:
 --Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin  İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova “Sputnik”ə verdiyi müsahibədə bu məsələyə məxsusi olaraq münasibət bildirdi. Rusiyalı diplomat dedi ki,  bu gün dünyada daha çox saxta xəbərlər və söz azadlığı məhdudiyyətləri hallarına rast gəlinir. O,  dedi ki, biz ölkələrimizdəki jurnalistlərin rahat şəraitdə işlədiyini görürük. Sifarişli və saxta xəbərlərə gəlincə, nümunə kimi, beynəlxalq KİV-də Azərbaycana qarşı keçirilən kampaniyaları göstərmək olar və bununla bağlı  nəsə etmək lazımdır: “Bizim əlimizdə bu neqativ, destruktiv, qorxulu tendensiyalara qarşı mübarizə aparmaq üçün lazımi vasitələr  var".
Xatırladaq ki, antizərbaycan mərkəzlər  sosial şəbəkələrdə yaydıqları məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı pozitiv fikirlər bildirən tanınmış şəxsləri – ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s.  hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirlər. 
Partiya sədri xatırlatdı ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və həmin qüvvələrin bütün əməllərinin iflasa uğradılması üçün lazım olan bütün addımlar atılacaq.  Dövlətimiz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamalıdır. 
Biz Demokratik Azərbaycan Dünyası Partiyası olaraq, hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər öz layiqli cavablarını alacaqlar. Ən pisi isə odur ki, bir çox hallarda həmin iyrənc addımları müqəddəs dinimizin adı altında pərdələməyə çalışırlar. Fikrimizcə, həmin addımları atan mərkəzlərin və fərdlərin  öz məsuliyyətlərini  dərk etməsinin   və cavabdehlik daşıdıqlarını anlamaqlarının vaxtı çatmışdır.
Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında