Ciqan: Azərbaycan tamaşaçılarına alqışlarına görə təşəkkür edirəm

Əhval-ruhiyyə yüksək səviyyədədir. Azərbaycan tamaşaçılarına alqışlarına görə təşəkkür edirəm. Bakını çox sevirəm. Burada məxsusi ab-hava mövcuddur. Belə mötəbər festivalda iştirak etməyimə çox şadam.
 
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış rep ifaçısı Ciqan deyib.
Bakıda sevilən hitlərini səsləndirdiyini bildirən Ciqan çıxışının gözlənildiyindən də uğurlu alındığını vurğulayıb. “Bir daha qeyd etmək istəyirəm ki, təşkilatçılar hər nüansı incə detalına qədər dəqiqliklə düşünüblər. Bu mötəbər musiqi bayramının illərlə davam edəcəyinə əminəm. Bu festivalda gələcəkdə də iştirakı məmnunluqla gözləyəcəyəm”, - deyə rep ifaçısı vurğulayıb.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında