Emin Ağalarov: Yaradıcılığıma verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm

Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
 
– Bakıda artıq üçüncü dəfədir keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı əvvəlki illərdən hansı xüsusiyyəti ilə fərqlənir? 
– Əvvəla, builki festivalın proqramı daha genişdir. Rusiyanın “Birinci” telekanalında dörd konsert günündən hər biri iki saat olmaqla 10-12 reportaj efirə veriləcək. Bu da son iki ayda “Birinci” telekanalda ümumilikdə 24 saat efir deməkdir. Bu, möhtəşəm bir işdir. Rusiyanın tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur. “Jara” layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. “Jara” artıq böyük musiqi platformasına çevrilib.
– Tamaşaçıları növbəti illərdə hansı yeniliklər gözləyir?
– Biz hər dəfə yeniliklər edə bildik və festivala daha böyük uğur gətirdik. Artıq məşhur artistlərin yubiley gecələrini təşkil edirik. Leonid Aqutin, Valeri Meladze, Lybov Uspenskaya, Valeriya və Vladimir Presnyakovun yaradıcılıq gecələrini keçiririk. Növbəti illərdə, əlbəttə, daha geniş ideyalar üzərində düşünəcəyik. Daha maraqlı proqramlar hazırlayacağıq. “Jara”nın möhtəşəmliyi artıq mənim özümü belə təəccübləndirir.
– Festivalın coğrafiyası getdikcə genişlənir. Maraqlıdır, “Jara”ya daha hansı ölkələrdən iştirakçılar cəlb oluna bilər?
– Bəli, biz festivalın coğrafiyasını artıq genişləndirmişik. Festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişik. Məşhur italyan tenoru Alessandro Safina, əfsanəvi Stiven Siqal, İnqrid, Rusiya, Ukrayna, Gürcüstan və əlbəttə, Azərbaycan estradasından çoxlu sayda artist festivalda iştirak edir. Əfsanəvi Maykl Ceksonun oğlu Brendon Hovard səhnədə çıxış edir. Bu, böyük sürprizdir və o, ABŞ-dan gəlib. Arzum budur ki, gələcəkdə festivalda beynəlxalq gün olsun və bu möhtəşəm hadisə nəinki Rusiyanın “Birinci” kanalında, eləcə də xarici telekanallarda nümayiş etdirilsin. Hələlik bizim tərəfdaşımız “Birinci” kanaldır. Bu böyük yolu biz birlikdə gedirik. Biz bütün ilboyu hazırlaşmışıq. İdeyalarımız çoxdur, məqsədimiz “Jara”nı daha unikal etməkdir.
– Öz repertuarınızda Azərbaycan bəstəkarlarına müraciət etməyi düşünürsünüzmü?
– Musiqilər hər zaman məni tapırlar. Müəllif-lər mahnılarını mənə göndərirlər. Diqqətimi çəkən mahnını ifa edirəm. “Gəl Bakıya qaçaq” mahnısını həmyerlimiz Bahh Tee yazıb. Mahnı nəzərimi cəlb etdi və mən ifa etdim. Beləliklə, mahnı hit oldu.
– Bu yaxınlarda Azərbaycanın Xalq artisti adını aldınız. Təəssüratlarınızı bilmək maraqlı olardı.
– Bu ada layiq görülmək mənim üçün gözlənilməz oldu. Bu, artist və təşkilatçı olaraq “Jara” və digər tədbirlər vasitəsilə göstərdiyim xidmətlərə görə mənim sənətimə verilən yüksək qiymətdir. Belə yüksək qiymətə görə mən Azərbaycan Prezidenti İlham Əliyevə və onun ailəsinə dərin minnətdarlığımı bildirirəm.  

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında