İki ölkəni bir-birinə yaxınlaşdıran səfər

Respublikamızın Avropanın ən böyük və nüfuzlu dövlətlərindən biri olan Fransa ilə əməkdaşlıq əlaqələri qurmasından 26 il ötür. Fransa ilə bütün strateji əhəmiyyətli sahələrdə münasibətlərin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Azərbaycanla Fransa arasında tarixi hələ orta əsrlərə təsadüf edən əməkdaşlıq mövcud olsa da, bu əlaqələr yalnız respublikamızın müstəqillik qazanmasından sonra dinamik inkişaf yoluna qədəm qoyub. 
 
Yeri gəlmişkən, Fransa Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Belə ki, rəsmi Parisin 1991-ci ilin dekabrında belə bir qərarı dövlət müstəqilliyini yenicə bəyan edən ölkəmiz üçün o zaman müstəsna əhəmiyyət daşıyıb. Bu qərar həm də Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu, iqtisadi potensialını düzgün qiymətləndirən Fransanın perspektivdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindən xəbər verib. 1992-ci ildə isə Bakıda səfirliyini açan Fransa bu niyyətini bir daha qabarıq şəkildə göstərib. 
Həmin vaxtdan ötən müddətdə Fransa-Azərbaycan əlaqələrində müsbət nəticələr nəzərə çarpıb, münasibətlərdə qarşılıqlı inam və etimad getdikcə güclənib, enerji, nəqliyyat, metro, kosmik sənaye, kənd təsərrüfatı və digər sahələrdə mühüm uğurlar əldə edilib.
Fransa Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində oynayacağı rolu müsbət qiymətləndirərək energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində ­olduğunu dəfələrlə bəyan edib. 
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollardan çoxdur. Əldə edilmiş razılaşmalar və imzalananan müqavilələr nəticəsində bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Son 20 ildə isə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Respublikamızda ­50-dən çox Fransa şirkəti fəaliyyət göstərir ki, həmin şirkətlər tərəfindən reallaşdırılan layihələr də ölkəmizdə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Fransanın “Total” və “GDF-Suez” kimi şirkətləri ilə uğurlu əməkdaşlıq buna əyani misaldır.
Azərbaycan və Fransa arasında əməkdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. Prezident İlham Əliyevin Fransaya budəfəki səfəri də ikitərəfli əlaqələrin inkişafında yeni imkanlar açacaq.
Aqil EYVAZOV, 
AMEA İqtisadiyyat İnstitutunun aparıcı
elmi işçisi, iqtisad üzrə
fəlsəfə doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında