Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var

“Azərbaycanın xarici siyasət kursunda Avropaya inteqrasiya prioritet istiqamətlərdən biridir. Bu proses 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə sistemli xarakter almışdır. Həmin dövrdən etibarən Avropanın aparıcı dövlətləri ilə əlaqələr genişləndirilmişdir. Belə ölkələrdən biri də Fransa idi. Bu əlaqələr bu gün də yüksək səviyyədə davam etdirilir. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev xaricə ilk səfərlərini məhz Fransaya etmişlər. Bu səfərlər ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirməyə geniş imkanlar açmışdır”.
 
Tarix elmləri doktoru, professor Havva MƏMMƏDOVA bu fikri Azərbaycan Prezidenti İlham Əliyevin Fransa səfərinə münasibət bildirərkən səsləndirdi. Dedi ki, hazırda Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını yerinə yetirir. Bu baxımdan, həmçinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müxtəlif sazişlərin imzalanması istiqamətində atılan addımları prioritet hesab edən H.Məmmədova Azərbaycan Prezidentinin səfərinin beynəlxalq aləmdə böyük maraq doğurduğunu bildirdi: “Dövlətimizin başçısı bu səfər çərçivəsində Fransanın dövlət rəsmiləri və 11 şirkətin nümayəndələri ilə səmərəli görüşlər keçirmiş, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığa geniş yol açmışdır. 
Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələrin imzalanması da bundan xəbər verir. Təbii ki, bu müqavilələr reallaşdırıldıqdan sonra onların həcmi daha da artacaq. Bununla yanaşı, enerji təhlükəsizliyi məsələsi də müzakirə obyekti olmuşdur. İki ölkə arasında neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq barədə müzakirələr aparılmışdır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var.
Fransa Senatının sədri Jerar Larşe dövlətimizin başçısı ilə görüşdə bu səfəri yüksək dəyərləndirmiş, belə səfərlərin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparılmış, həmçinin Fransa ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar olduğu diqqətə çatdırılmışdır.
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında