Mehriban xanım ƏLİYEVA: Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır

İctimai təhlükəsizlik, ictimai-siyasi sabitlik, qanunun aliliyi, əmin-amanlıq hər bir dövlətin inkişafının əsasını təşkil edir. Bunlar olmadan ölkədə  sosial-iqtisadi sahədə uğur qazanmaq mümkün deyil. Azərbaycan da müstəqillik qazandığı ilk illərdən bəri ölkədə ictimai-siyasi sabitlik yaradılmasına xüsusi önəm verib, bu istiqamətdə böyük səylər göstərib. 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev prezidentliyi dövründə ölkədə sabitlik yaradılmasına və onun qorunub saxlanılmasına nail oldu. Şübhəsiz ki, keçən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlləri Azərbaycan xalqı üçün böyük faciələr dövrü oldu. Səbəb ictimai-siyasi sabitliyin olmaması idi. 1993-cü ilin iyununda yenidən hakimiyyətə gələn Heydər Əliyev ölkənin inkişafına məhz sabitlik yaradılmasından, qanunçuluğun bərpasından başladı.   
Məsələnin aktuallığı barədə dünən Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti Mehriban xanım  Əliyevanın Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə də danışıldı. Mehriban Əliyeva bildirdi ki, bu gün əsas vəzifə müxtəlif sahələrdə – ictimai-
siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirməkdir. MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm işlər 
görür. “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”. 
Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına daim öz töhfələrini verir. Ölkədə cinayətkarlığın səviyyəsi aşağıdır, baş vermiş cinayətlərin çoxu açılır, ağır və xüsusilə ağır cinayətlərin sayı 30 faiz azalıb. Mehriban xanım Əliyeva şuranın fəaliyyətinin gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Azərbaycanın Birinci vitse-prezidenti iştirakçıların diqqətini Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin (177 xarici hüquqi şəxs) qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəldib: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə 
olunması faktları mövcuddur”. 
Ümid edirik ki, MDB nazirləri Mehriban xanım Əliyevanın iradlarını nəzərə alaraq Dağlıq Qarabağın gələcəkdə cinayətkarlıq zonasına çevrilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görəcəklər. 
Musa QULİYEV, 
Milli Məclisin deputatı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında