Rüstəm XƏLİLOV: İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. İlk növbədə ona görə ki, hazırda İtaliya ATƏT-in sədridir. Məlum olduğu kimi, ATƏT-in Minsk qrupu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin nizamlanmasında vasitəçilik  missiyasını öz üzərinə götürüb. Bununla yanaşı,  hazırda İtaliya-Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırılması, əlaqələrin bundan sonra da uğurla, sürətlə inkişaf etdirilməsi hər iki dövlətin diqqət mərkəzindədir. 
 
İtaliya Prezidentinin ölkəmizə səfəri, bu zaman imzalanan sənədlər, aparılan müzakirələr və Azərbaycan – İtaliya biznes forumunda hər iki ölkənin dövlət başçısının səsləndirdiyi fikirlər də ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsindən xəbər verir.
Milli Məclisin deputatı Rüstəm XƏLİLOV bu səfərlə əlaqədar  danışarkən qeyd etdi ki, Azərbaycanın beynəlxalq aləmdəki əlaqələri getdikcə genişləndirilir. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfəri də bunu təsdiqləyir. Deputat qeyd etdi ki, İtaliya hazırda ATƏT-in sədridir. Bu baxımdan  Prezident Sercio Mattarellanın səfəri böyük əhəmiyyət kəsb edir: “ Aparılan danışıqlar zamanı İtaliya Prezidentinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olması barədə fikir səsləndirməsi birbaşa Azərbaycanın  mövqeyinin dəstəklənməsindən xəbər verir. İki ölkə arasında iqtisadi əlaqələrin  yüksək səviyyədə olması  isə Azərbayacan -İtaliya biznes forumunda səsləndirilən fikirlərdə də öz əksini tapdı”.
Dövlətimizin başçısı da bu məsələni xüsusi vurğuladı və dedi ki, iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən biznes dairələri də yararlanırlar. Sumqayıtda  birgə açılan  polipropilen zavodu bunun bariz nümunəsidir. Bu zavodun timsalında iki ölkə şirkətləri arasında  əməkdaşlığın yüksək səviyyədə olması özünü açıq şəkildə büruzə verir.
Məlum olduğu kimi, İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında  yüksək səviyyəli əməkdaşlıq var.  Deputat dedi ki, bunu İtaliya Prezidenti də təsdiqlədi və bu əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.  Qeyd etdi ki, son 10 ildə  italyan müəssisələrinin və texnologiyalarının  Azərbaycanın neft sənayesinə verdiyi sərmayə 5 milyard  avrodan çoxdur. 
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə Sumqayıtda iki ölkənin birgə fəaliyyəti nəticəsində işə başlayan  polipropilen zavodunun açılışında iştirakından məmnunluğunu ifadə etdi.  Dedi ki, bu zavodun  inşası “Maire Tecnimont” şirkəti ilə  “SOCAR Polimer” in layihəsi əsasında  həyata keçirilb. Bu  zavod Azərbaycana  neft-kimya  sənayesini  inkişaf etdriməyə  və öz ixrac potensialını artırmağa imkan vcerəcək. Bununla yanaşı, iki ölkə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirəcək.
Deputat qeyd etdi ki, İtaliya dövlət rəsmilərinin Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə, iqtisadi, enerji, nəqliyyat, infrastruktur, tikinti, sənaye, kənd təsərüfatı və digər sahələrdə əməkdaşlığa maraqlı olduqlarını bildirmələri ölkəmizin beynəlxalq aləmdə artan reytinqinin göstəricisidir.
 
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında