Dağlıq Qarabağ münaqişəsinin nizamlanması dövlət siyasətimizin prioritetidir

Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və bu gün də Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir. 25 ildir ki, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan artıq beynəlxalq aləmdə qınaq hədəfinə çevrilib. Son illər bu istiqamətdə baş verən hadisələr də təsdiqləyir ki, artıq zaman Azərbaycanın xeyrinə işləyir. Xüsusilə, 2016-cı ilin Aprel döyüşlərində işğal altında olan ərazilərimizin 2 min hektardan çoxunun, bir neçə ay bundan əvvəl isə Naxçıvanda 11 min hektarın düşməndən azad edilməsi Azərbaycanın Ermənistandan qat-qat güclü olmasından xəbər verir.
 
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və ərazi bütövlüyümüzün təmin olunması dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin prioritetini təşkil edir. Məlum olduğu kimi, münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanması istiqamətində qəbul edilən qətnamə və qərarlar Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi deməkdir. Çünki artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi barədə qətnamə qəbul etmişdir.
Xatırladım ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə verdiyi qəti və birmənalı mövqeyidir. Bundan başqa, Avropa Şurası, Avropa İttifaqı, İƏT və digər nüfuzlu təşkilatlar da belə qətnamələr qəbul ediblər. Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu bir daha təsdiq edilir. İşğalçı qoşunlar qoşunların bütün Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması təmin edilməli və hərbi risk amili aradan qaldırılmalıdır.
Dövlətimizin başçısı iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, xarici ölkələrin prezidentləri və digər rəsmi nümayəndələrlə keçirdiyi görüşlərdə bu məsələni diqqətə çatdırır, Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini, cəbhəboyu ərazilərdə təxribatlar törətdiyini, dinc əhalini qətlə yetirdiyini, əhaliyə ciddi ziyan vurduğunu diqqətə çatdırır.
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı, həmişə olduğu kimi, bu dəfə də Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qarşıya çıxan problemlərdən danışdı. Diqqətə çatdırdı ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və tezliklə münaqişə öz həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək. 
Azərbaycan Prezidenti dedi ki, münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğal edilmiş torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir: “Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilir, – əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, – göstərilib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bax bu qətnamələrin icrasında asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq”.
Respublikamızın rəhbərinin qeyd etdiyi kimi, beynəlxalq əlaqələrimiz möhkəmlənir, Azərbaycanın ərazi bütövlüyünə dəstək artır, demək olar ki, bir sıra ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır və əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır. Dağlıq Qarabağ əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Dilarə CƏBRAYILOVA, 
Milli Məclisin deputatı

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında