Qara niyyətli qüvvələr elə başlanğıcda məğlub oldular

Gəncədə baş verən terrorun arxasında dayanan qüvvələr respublikamızın ən böyük sərvəti olan sabitliyi pozmağa cəhd etdilər. Ölkəmizə gələn turistlər, qonaqlar Azərbaycanın multikultural, tolerant, qonaqpərvər, mehriban ölkə olduğunu dəfələrlə söyləyiblər. Respublikamızın beynəlxalq aləmdə daha çox ehtiyac duyulan möhkəm sabitliyə və dayanıqlı təhlükəsizlik mühitinə malik olması bəzi qüvvələrin narahatlığına səbəb olur. 
 
Gəncədə törədilən təxribat göstərdi ki, bu cür qara qüvvələrin toruna düşən bir qrup radikal ölkədə çaxnaşma yaratmaq, sabitliyi pozmaq istəyir. Lakin Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda vurğuladığı kimi, cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli niyyətlərinə çata bilməyəcəklər.
Həqiqətən də ulu öndərin bizə ərməğan qoyub getdiyi, güclü, heç bir qüvvə ilə sarsılmayan qüdrətli Azərbaycan dövləti var. Ölkəmiz, sözün əsl mənasında, bir təhlükəsizlik və sabitlik adasıdır. Hərçənd ki, Azərbaycanın sabitliyini və təhlükəsizliyini pozmaq istiqamətində zaman-zaman müəyyən addımlar atılıb. Lakin hər dəfə də belə qüvvələr elə başlanğıcda uğursuzluğa düçar olublar. Bütün bunlar isə xalqımızın əzmi, ayıq-sayıqlığı, dövlətə və dövlətçiliyə dərin bağlılığı sayəsində əldə olunub. Azərbaycan xalqı öz dövlətinə, rəhbərinə güvənir və onun arxasındadır.
 Ölkəmizdə təxribat törətmək istəyənlər layiqli cəzasını alacaqlar. Prezident 
İlham Əliyevin bildirdiyi kimi, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.
Elçin QULİYEV, 
Milli Məclisin deputatı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında