Azərbaycanın regionda lider dövlətə çevrilməsi bəzi dairələri ciddi narahat edir

Gəncədə xarici qüvvələrin təsiri ilə  törədilən  təxribat  Azərbaycan xalqı  və dövlətçiliyimiz üçün narahatlıq doğuran məsələdir.  Lakin bəzi qara qüvvələrin həyata keçirmək istədikləri niyyətləri yenə də  baş tutmadı. Çünki  vətəndaşlarımız  baş verən prosesləri düzgün təhlil edərək, təxribata getmədi, terrorçulara qarşı öz haqq səsini ucaltdı.  
 
Azərbaycan hüquq-- mühafizə orqanlarının  peşəkarlığı nəticəsində cinayətkar qruplar zərərsizləşdirildi və  əməliyyat-axtarış işləri davam etdirilir. Cənab Prezident İlham Əliyevin  hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş  iclasında bildirdiyi kimi, “cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək.”
 Həqiqətən də ölkəmizin  beynəlxalq aləmdə artan  nüfuzu, regionda söz sahibinə çevrilməsi  xarici dövlətlərdə  antiazərbaycan  qüvvələri ciddi şəkildə narahat edir.  Bədxahlarımızın  əsas niyyətləri  isə  respubilkada bu cür yollarla sabitliyi pozmaq, insanlar arasında xof yaratmaq, onları kütləvi itaətsizliyə yönəltməkdir.  Bütün bunlar  din pərdəsi altında həyata keçirilir.    Lakin bu cür vəhşiliyin törədilməsi dini-mənəvi dəyərlərimizə də, şəriətimizə də ziddir. 
 Prezident  İlham Əliyevin vurğuladığı kimi,  xalqımız  tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik. 
 Ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu uğurlu siyasətin nəticəsidir ki,  Azərbaycan geniş geosiyasi arealda sülh, tərəqqi,  sabitlik və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır.
Ağalar VƏLİYEV,
 Milli Məclisin deputatı

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında