Qara qüvvələrin mənfur niyyətləri baş tuta bilməz

 Gəncə XII əsrin intibah dövrünün banilərindən olan Nizami Gəncəvinin, qəhrəman Cavad xanın yurdudur. Gəncə çar Rusiyasına, sovet imperiyasına qarşı, demək olar ki, təkbaşına savaşan Azərbaycan xalqının milli mübarizlik simvollarından biridir.  Bu günün özündə də Gəncə Azərbaycan dövlətçiliyinin şah damarıdır və heç bir qara qüvvə bu qədim mədəniyyət ocağında dövlətçiliyimizə zərbə vura bilməz. 
 
Bu fikirləri “V” Psixologiya Mərkəzinin direktoru, tanınmış psixoloq Aytən Ələkbərova bildirib. O deyib ki, Gəncə şəhəri bu dəfəki, çətin sınaqdan qalib çıxdı və gənclərimizin arasında “Bir olaq, həmrəy olaq”? düşüncə tərzini formalaşdırdı. Gəncə gəncləri qaragüruha, kriminal ünsürlərə “yox!” dedilər. Bunun sadə bir yolla psixoloji açıqlamasını belə verərdim. Ailə kiçik bir dövlətdir, ailələri qorumaq üçün hər cür əziyyətə qatlaşırıq. Ətrafımızda yaxşı və pis düşüncəli insanlar daim ailəmizə müdaxilə etməyə başlayırlar. Amma kamil insan ailəsini qoruyur, cahil isə dağıdaraq, bataqlığa doğru gedir. Deməli, belə nəticəyə gəlmək olar ki, kamil bir insan olmaq ücün tariximizə nəzər salıb böyük şəxsiyyətlərimizdən nümunə götürməliyik. Bizim düşmənlərimiz onsuz da çoxdur və bəzi fərdlərimizin özümüzdə düşmən axtarması yolverilməzdir. A.Ələkbərova bildirib ki, ölkəmiz çox mürəkkəb regionda yerləşir. Lakin xalqımızın multikultural dəyərlərə sahib olması bizim nüfuzumuzu və dövlətimizin siyasi çəkisini xeyli artırır. Bizim fərqli dəyərlərə, adətlərə dözümlü xalq olmağımız da genetik və psixoloji faktordur. Bu, bizim dövlət siyasətimizə də təsir göstərir. İllərdir müharibə şəraitində yaşasaq da, aqressivliyi biz yox, düşmən tərəf göstərir. Halbuki, bizim ordumuz, uzaqgörən dövlət rəhbərimiz, milli dövlət atributlarımızı ləyaqətlə bu günümüzə daşıyan dövlətimiz vardır. Əgər bu gün bir azərbaycanlı istədiyi saatda şəhərimizin küçələrində gəzirsə, iş fəaliyyəti ilə məşğul olursa, bu, daxili sabitliyin yüksək səviyyədə olmasının göstəricisidir. Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycan dövləti öz sabit siyasəti sayəsində bunu bacarmışdır. Bu baxımdan son günlər Gəncə hadisələrində ön sıraya keçmək istəyən qara qüvvələr heç nə əldə edə bilmədilər. Çünki xalq onların arxasında dayanmadı. Xalq kriminal ünsürlərə, terror təfəkküründə olanlara “yox!” dedi. 
Anar TURAN,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında