Brüsseldə keçirilən görüşlər ölkəmizin artan nüfuzunun göstəricisidir

Azərbaycan Prezidentinin Belçikaya səfəri bir daha ölkəmizin regionda söz və nüfuz sahibi, haqlı tərəf olduğunu sübut etdi. Bu, qarşılanma mərasimindən tutmuş, Prezident İlham Əliyevin keçirdiyi görüşlərə qədər, bütün situasiyalarda özünü göstərdi. Onun ən yüksək səviyyədə xüsusi diqqətlə qarşılanması, istər Avropa İttifaqı, istərsə də NATO çərçivəsində ayrı-ayrı tanınmış dünya siyasətçilərinin məhz onunla münasibəti bir azərbaycanlı kimi bizdə qürur hissi doğurdu... Bu fikirləri bizimlə söhbətdə Azərbaycan Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor  İsaxan Vəliyev bildirdi.
 
İ. Vəliyev əlavə etdi ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında bir sıra sahələrdə əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olundu. Həmçinin Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. Prezidentimiz münaqişənin hazırkı vəziyyəti barədə məlumat verdi.
 Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin Dövlət və hökumət başçılarının iştirakı ilə Qətiyyətli Dəstək  missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə çıxış edərək dedi: “Azərbaycan bir neçə dəfə Əfqanıstan milli ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Biz Azərbaycanda Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. 
...Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır. 
Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir. 
Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək”. 
Qeyd edək ki, Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Toplantının yekununda qəbul edilən qərarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan--Azərbaycan münaqişəsinin  bu prinsiplər əsasında həllinə dəstək verildi. Bu dəstək növbəti dəfə Azərbaycana, eyni zamanda, onun sərhədlərinin toxunulmazlığına hörməti təsdiq edir və  bunu mühüm məqam kimi dəyərləndirməliyik.
Bu, həmçinin Prezident İlham Əliyevin öz dövlətini ləyaqətlə təmsil etməsi, Azərbaycanın maraqlarını heç bir tərəfin maraqlarına güzəştə getməməsi barəsində yüksək rəyin formalaşmasından irəli gəlir. Avropa liderləri birmənalı şəkildə inanırlar ki, Prezident İlham Əliyevin başçılıq etdiyi bir ölkə ilə arxayın  əməkdaşlıq edə bilərlər.
Son olaraq deyə bilərik ki, Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.
Söhbəti qələmə aldı:
 Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında