Cinayət cəzasız qalmayacaq

Məlum olduğu kimi, bu il iyulun 10-da Gəncə şəhərinin mərkəzi meydanında bir qrup cinayətkar ictimai asayişi qoruyan iki yüksək rütbəli polis zabitini xüsusi qəddarlıqla qətlə yetirib. Bu dəhşətli hadisə ölkə vətəndaşlarının böyük əksəriyyətinin, ziyalıların kəskin hiddət və qəzəbinə səbəb olub. Azərbaycan Respublikasının Xalq artisti, görkəmli müğənni Əlibaba Məmmədov bu barədə dedi:
 
– Gəncədə baş verən terror hadisələri xalqımızı, dövlətimizi istəməyən, uğurlarımızı həzm edə bilməyən qara qüvvələrin fitnəsidir. Onların niyyəti Azərbaycanı içəridən zəiflətmək, xaos və qarşıdurma yaratmaqdır. Əminəm ki, bu qüvvələrin bəd niyyyətləri yenə də ürəklərində qalacaq. 
Düşmənlər unudurlar ki, son illər müstəqil ölkəmizdə güclü, yetkin vətəndaş cəmiyyəti bərqərar olub. Azərbaycan dövləti heç vaxt bugünkü qədər  güclü, qüdrətli olmayıb. Azərbaycanla terror, şantaj, hədə-qorxu yolu ilə danışmaq olmaz.   
Bəli, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik liderliyi ilə günbəgün tərəqqi  edən, bölgənin ən güclü, lider dövlətinə çevrilən Azərbaycanda xalqla iqtidarın arasına girib nifaq salmağa heç kəsin gücü çatmaz. Bir daha vurğulamaq istəyirəm: Mənim Vətənimin gücü xalqla dövlətin birliyindədir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti öz dövlətinə, onun müdrik liderinə bütün varlığı ilə inanır. 
Son illər səhhətim və sinnim ilə bağlı sevimli Vətənimi ziyarət edə bilmirəm. Ancaq radio və televiziyalardan, eləcə də dost-tanışlardan tez-tez eşidirəm ki, bu gün bölgələrimiz, gözəl Bakımız kimi, çox sürətlə gözəlləşir. Azərbaycanın gündən-günə abadlaşan bölgələrindən biri də qədim və gözəl Gəncədir. Gəncəni  xarabazara çevirmək niyyətinə düşən qara qüvvələr, onların əlaltıları, bütün cinayətkarlar  törətdikləri qanlı əməllərə görə layiqli cəzalarını alacaqlar. Necə deyərlər: cinayət cəzasız qalmaycaq.  
Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında