Qüdrət Həsənquliyev: Gəncə hadisələri planlı şəkildə hazırlanmış terror aktıdır

Gəncədə baş verən hadisələrlə bağlı narazılıqlarını bildirən ictimaiyyət nümayəndələri hesab edirlər ki, destruktiv qüvvələr bir daha dövlətin gücü, xalqın iqtidara dəstəyi, “xalq-iqtidar” birliyi qarşısında aciz qaldılar.
 
 Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu məsələ ilə əlaqədar dedi:
– Mən son günlər Gəncədə baş verənləri Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr tərəfindən düşünülmüş şəkildə hazırlanmış terror aktı kimi qəbul edirəm. Özlərini din təəssübkeşi kimi təqdim etmək istəyənlər, əslində, bu qəddarlıqları ilə dinə zərbə vurur, dini dəyərləri gözdən salırlar. Onlar radikal dini qurumların nümayəndələri tərəfindən qabaqcadan hazırlanmış mətni üzündən oxuyaraq, guya əls mömin olduqlarını sübut etməyə çalışır və bütün bunların hamısını din yolunda etdiklərini bildirirlər. Halbuki, ölkəmizdə din dövlətdən ayrı, möminlər isə tamamilə azaddır və heç kimə dini etiqadına görə problem yaradılmır. İslam dini sülh, mərhəmət dinidir. İnsanları bu cür qəddarlıqla qətlə yetirmək yalnız dinin düşmənlərinə xas olan xüsusiyyətdir. 
Mən bir hüquqşünas kimi demək istəyirəm ki, polis zabitinə, ümumiyyətlə, asayiş keşikçilərinə əl qaldırmaq, onları qətlə yetirmək ən ağır cinayətdir. Asayiş keşikçilərini vəhşicəsinə qətlə yetirmək insanlığa xas olan xüsusiyyət deyil. Burada İslamın müdafiəsindən söhbət açmaq qətiyyən mümkün deyil. Bu, bir bəhanədir. Əslində, bu cinayəti törədənlər xarici xüsusi xidmət orqanlarının əlaltılarıdır. Onlar Azərbaycanın inkişafını, dünya birliyinə sürətli inteqrasiyasını həzm edə bilməyənlərdir. Bu cinayətlər konkret tapşırıq əsasında törədilib. Burada dövlət nümayəndəsinin qabaqcadan, düşünülmüş şəkildə qətlə yetirilməsindən söhbət gedir. Azərbaycan dövləti möhkəm dayaqlar üzərindədir və etibarlı əllərdədir. Belə terror aktları ilə Azərbaycanda ictimai-siyasi sabitliyi poza bilməyəcəklər. Bir daha bəyan edirəm ki, bu, qabaqcadan düşünülmüş, planlı şəkildə hazırlanmış terror aktıdır. 
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında