Azərbaycan Prezidentinin Brüsselə səfəri çox uğurlu oldu

Məlum olduğu kimi, bu il iyulun 11-12-də Belçikanın paytaxtı Brüsseldə Şimali Atlantika Alyansı -- NATO-nun növbəti sammiti keçirilmişdir. Bu mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə mühüm görüşlər keçirmişdir. Təqdirəlayiq haldır ki, Avropa İttifaqı (Aİ) rəsmiləri Azərbaycan Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdiriblər. Ermənistanın baş naziri Nikol Paşinyan isə Brüssel səfərindən məyus və əliboş qayıtmışdır. Azərbaycanın dövlət başçısının bu böyük uğuru ölkə ictimaiyyətində, ziyalılar arasında dərin razılıq hissi doğurmuşdur. Milli Məclisin deputatı Tahir Rzayev bu barədə demişdir: 
 
– Azərbaycan dövlətinin uğurları hər birimiz kimi, məni də çox sevindirir. Hesab edirəm ki, bu uğurlar Azərbaycan beynəlxalq aləmdə davamlı olaraq artan nüfuzunu, qüdrətini əks etdirir. 
Reallıq budur ki, müstəqil Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Belə ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bunu Avropanın aparıcı dövlətlərinin liderləri də etiraf edirlər və ölkəmizlə hərtərəfli, sıx əməkdaşlığa böyük önəm verirlər. 
Azərbaycan Prezidentinin Brüsseldə yüksək səviyyədə qarşılanması Yerivanda narahatlıq doğurub. Belə ki, Paşinyan tərəfdarları onun guya inqilabın lideri kimi Aİ rəsmilərinin özünə və ölkəsinə qarşı böyük diqqət gözləyirdilər. Amma Ermənistan mediasının iddia etdiyi kimi, qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı. Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri iflasa uğradı. Aİ-nin təhlükəsizlik və xarici məsələlər üzrə müşaviri Federika Mogerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir. 
Bəli, Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğradı. Bu səfər, əslində, güclü, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan, olduqca zəif Ermənistanın obrazını açıq nümayiş etdirdi. Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir. 
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında