İqbal Ağazadə: Ümid Partiyası bu hadisləri dövlətçiliyə qəsd hesab edir

Son vaxtlar Gəncədə baş verən hadisələr, dövlət nümayəndəsinə qarşı terror aktı, polis zabitlərinin qətlə yetirilməsi və digər destruktiv hərəkətlər ictimaiyyət nümayəndələrini hiddətləndirib. Onlar bunu dövlətçiliyə qəsd kimi dəyərləndirirlər.
 
Ümid Pariyasının sədri İqbal Ağazadə baş verən hadisələrə münasibət bildirərkən dedi:
– Gəncədə baş verən hadisələr Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı təxribatdır. Təəssüf edirəm ki, bu təxribatda yüksək vəzifəli iki polis zabitimiz qətlə yetirildi. Hesab edirəm ki, Azərbaycan xalqı, iqtidar, müxalifət, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəs belə məqamlarda dövlətin, dövlətçiliyin yanında olmalı, onu müdafiə etməlidir. Belə iğtişaşlar Azərbaycanın gələcəyi üçün müsbət heç nə vəd etmir. Hələ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd təşkil olunan zaman demişdim ki, hətta, məmur öz vəzifəsini yerinə yetirməsə belə, sakinlər ondan narazı olsalar da, qeyri-qanuni yollarla haqq-hesab çəkmək, qanunazidd hərəkətlər etmək düzgün variant deyil. Belə hərəkətlər, cəmiyyətimiz, xalqımız və dövlətimizi üçün yaxşı heç nə vəd etmir. Təəssüflər olsun ki, bu xoşagəlməz hadisə davam etdirildi, ondan bir həftə sonra asayiş keşikçiləri qətlə yetirildi. 
Hesab edirəm ki, bundan sonra hər kəs daha ayıq-sayıq olmalıdır. Fikrimcə, bu hadisələrin törədilməsində xarici faktorların da təsiri var. Xarici faktorların rol oynadıqları yerdə vətəndaşlar dövlətin, dövlətçiliyin yanında olmalıdır. Biz, Ümid Partiyası olaraq, bütövlükdə Azərbaycan dövlətinin, dövlətçiliyinin yanındayıq. İstər iğtişaşlar törədilən, istərsə də əmin-amanlıq şəraitində hər zaman milli dövlətçiliyimizin müdafiəsindəyik. Azərbaycanda siyasi institutların, siyasi partiyaların heç biri zorakılığı, terroru, iğtişaşları qəbul etmir. Ayrı-ayrı dini icma və təriqət qurumlarının nümayəndələrinin hakimiyyətə qarşı çağırışları, belə xoşagəlməz hadisələri dəstəkləməsi, terror aktı törədənlərin yanında olması dinin adına ləkədir. 
Hesab edirəm ki, bu məqamda iqtidar-müxalifət bir araya gəlməli, masa arxasında oturaraq, baş vermiş hadisələri birlikdə müzakirə etməli və belə hadisələrin qarşısının alınmasında birlikdə mübarizə aparmalıdır. Azərbaycan vətəndaşlarına münasibətdə də iqtidarla müxalifətin mövqeyi eyni olmalıdır. Bütün vasitələrlə belə halların qarşısı alınmalı, müstəqilliyimiz, milli dövlətçiliyimiz qorunmalıdır.
Ümid Partiyası olaraq Gəncədə baş vermiş hadisələri kəskin pisləyir, bunu dövlətçiliyə qarşı qəsd hesab edirik.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında