Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: Baş verən təxribat ölkədə təfriqə yaratmaq istəyənlərin planının bir hissəsidir

Son vaxtlar Gəncədə baş verən hadisələrə münasibət bildirən partiya sədri Hafiz Hacıyev “Hər kəs dövlət və dövlətçilik naminə bir arada olmalıdır” – deyə çağırış etdi. O, ölkədə qarışıqlıq salmaq istəyən qüvvələrin olduğunu əvvəlcədən bəyan etdiyini bildirdi və törədilən iğtişaşların təfriqə yaratmaq istəyənlərin planının bir hissəsi olduğunu söylədi.
 
Hafiz Hacıyev dedi ki, Gəncədə baş verən son hadisələr siyasi partiya olaraq onları məyus edib: “Təəssüflə qeyd edirik ki, bəzi satqın və xəyanətkar şəxslərin Avropadakı “fəallarla” birləşməsi və çirkin niyyətlərini reallaşdırmaq cəhdləri artıq ortadadır. Belə təxribatların gələcəkdə də təkrarlanacağından ehtiyat edirik. Ancaq buna imkan verməməliyik. Hər kəs dövlət və dövlətçilik naminə bir arada olmalıdır. Uzun illərdir ki, qoruyub saxladığımız müstəqiliyimizə qəsd edənlərin qarşısı bütün vasitələrlə alınmalıdır”. 
Təxribat törədənlərə, ictimai-siyasi sabitliyi pozanlara xaricdən himayədarlıq edənlərin olduğunu deyən partiya sədri onların zərərsizləşdirilməsi üçün ayıq-sayıq olmağın zərurliyini diqqətə çatdırdı: “Bundan sonra daha ciddi mübarizə aparmalıyıq. İstər dövlət strukturları, istərsə də, cəmiyyət bu məsələyə həssas yanaşmalıdır. Təxribata, ölkədə sabitliyin ­pozulmasına imkan vermək olmaz. Müasir Müsavat Partiyası olaraq bütün gücümüzü səfərbər edib bu təxribatçı qüvvələrə qarşı mübarizəmizi davam etdirəcəyik. Gələn həftədən geniş müşavirələrə başlayacaq, bölgələrə çıxacağıq. Biz dövlətçiliyin yanındayıq, Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik və sabitliyin daimi təmin olunması üçün var gücümüzlə çalışacağıq”.
Gəncədə baş verən iğtişaşlar zamanı xidməti vəzifələrini yerinə yetirən iki polis zabitinin radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmalarından təəssüfləndiyini bildirən Hafiz Hacıyev Allahdan onlara rəhmət dilədi və fürsətdən istifadə ediərək, şəhidlərin yaxınlarına başsağlığı verdi. Bildirdi ki, belə təxribatlarla xalqı çaşdırmaq, qorxutmaq olmaz. Xalq yüksək səs çoxluğu ilə seçdiyi Prezidentinə inanır, güvənir və onun ətrafında sıx birləşib. Heç bir qüvvə bu birliyi poza bilməz.
Söhbəti qələmə aldı: 
Ə.BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında