Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz

Radikal bir qrup şəxsin Gəncədə asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi ictimaiyyət tərəfindən hiddətlə qarşılandı. Bu sözləri “Xalq qəzeti”nə açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
 
 Ağsaqqallar Şurasının sədri bildirib ki, xalqımız yaxşı bilir ki, bu terror hadisəsi ölkəmizin inkişafını, tərəqqisini gözü götürməyən antiazərbaycan şəbəkənin din pərdəsi altında respubilkada ictimai-siyasi sabitliyi pozmaq cəhdi ilə bağlıdır. Dövlətçilik əleyhinə bu cinayəti törədənlər şübhəsiz, öz layiqli cəzalarını alacaqlar. 
Düşmən bilməlidir ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Azərbaycan dövlətçiliyini sarsıtmaq, xalqı qorxutmaq, sındırmaq, bu yolla ixtişaşlar törətmək, ölkəni zəiflətmək, hakimiyyət dəyişikliyi etmək mümkün deyil. Azərbaycan möhkəm əsaslar üzərində qurulub və bunu xalq-iqtidar birliyi göz bəbəyi kimi qoruyur. 
Deyirlər ki, cinayət dini qruplar tərəfindən törədilib. Bu, inandırıcı, ağlabatan deyil. Ona görə ki, istər Qurani-Kərimdə, istərsə də şəriətdə insan öldürmək yolverilməzdir, bu, günah sayılır. Sadəcə, terrorun əhatə dairəsini genişləndirmək üçün din amilindən istifadə olunub. Bir sözlə, sui-qəsdin, terrorun, ixtişaş törətmək cəhdinin inanclı insanlarla, əsl dindarlarla heç bir əlaqəsi yoxdur. 
Azərbaycan dindarları daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb. Bu gün onlar Gəncə hadisələrini Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələrin məkrli planlarının tərkib hissəsi hesab edir və möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşdiklərini bildirirlər.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında