Azərbaycana uzanan qara əllər heç vaxt uğur qazanmayıb, qazanmayacaq da!

İlk növbədə Gəncə hadisələrindəki terrorun qarşısının alınması zaman şəhid olan hər iki polis zabitimizə Allahdan rəhmət diləyirəm və ailələrinə başsağlığı verirəm. 
 
Gəncə hadisələri əlbəttə, Azərbaycanın müstəqilliyini istəməyən, ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələrin dövlətimizə uzatdığı qara əllərdir. 
Bildiyimiz kimi, bu yaxınlarda böyük və möhtəşəm bir parad keçirildi, bir çox iqtisadi uğurlarımız oldu. Həmçinin ölkəmizin siyasi nüfuzu, iqtisadi imkanları durmadan artır. Bu cür uğurları, nailiyyətləri gözdən salmaq, bu və ya digər formada qarışıqlıq yaratmağa çalışan “əllər” öz əməllərini bu formalarda həyata keçirmək üçün dəridən-qabıqdan çıxırlar. Bunun bir forması da din pərdəsi altında gənclərimizi bu yola təhrik edilməsidir. Amma bu gün Azərbaycan gəncləri ­Prezident İlham Əliyevin ətrafında sıx birləşmişlər və dövlətimizin başçısının siyasətinə həmişə sadiqdirlər. Çox təəssüflər olsun ki, az sayda insanlar din pərdəsi altında öz çirkin əməllərini həyata keçirmək istəyənlərin toruna düşmüşlər. Bizim müqəddəs borcumuz dövlətimizi qorumaq, torpaqlarımızı işğaldan azad etməkdir. 
Azərbaycana uzanan bu “əllər” heç vaxt uğur qazanmayıb, qazanmayacaq da! Azərbaycan polisi, dövlətin hüquq-mühafizə orqanları çox məharətlə bu hadisələrin qarşısını aldı. Bu onu göstərir ki, Azərbaycan dövlətçiliyi möhkəm qorunur və bu gün polis sistemi, hüquq-mühafizə orqanları peşəkar bir şəkildə fəaliyyət göstərir.
Bu hadisələrdə Azərbaycan polisinin humanistliyi də açıq-aydın göründü. Bizim polis xalqına qarşı silah işlətmədi. Amma təəssüflər olsun ki hadisə zamanı iki zabitimiz həlak oldu. Mən bir vətəndaş kimi bildirmək istəyirəm ki, bu cür cinayətlərə yol verənlər qanun qarşısında cavab verməlidir və onlar çox sərt bir formada cəzalandırılmalıdır. 
Aydın HÜSEYNOV,
Milli Məclisin deputatı

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında