Gənclərimiz terrora “yox!” deyirlər

Gəncə şəhər əhalisinin 32 faizini gənclər təşkil edir. Gənclərin ən yaxın dostu şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev hər zaman gənclərə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həll edilməsində yaxından yardımçı olub. Hər zaman dövlətə və dövlətçiliyə sadiq olan Gəncə gəncləri də şəhərin bütün sahələrdə aparılan uğurlu inkişafı dəstəkləyiblər. Son 7 ildə şəhərdə yaradılan parklar, muzeylər, Gənclər evi, ali təhsil müəssisələrində yeni tədris korpusları, əyləncə mərkəzləri, idman kompleksləri, burada təşkil olunan beynəlxalq festivallar Gəncədə vətənpərvər, yüksək intellektə malik, geniş dünyagörüşlü gənc nəslin formalaşmasına səbəb olub.
 
Son günlərdə Gəncədə baş verən terror hadisələrinə şəhər gənclərinin münasibəti birmənalıdır. Əfsuslar olsun ki, Gəncədə törədilən terror hadisələrindən müxalifətin dağıdıcı ünsürləri öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Xüsusilə sosial şəbəkələrdə müxalif tör-töküntülər bu cinayət hadisəsindən məqsədyönlü şəkildə yararlanmağa çalışır, dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və ölkədə sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirirlər. Siyasi sabitliyin pozulmasına, qarşıdurmaya, xaosa, ədavətə xidmət edən bu çağırışlar özü terrora təhriketmədir. Ona görə bu günlərdə xüsusən gənclərimiz daha da diqqətli olmalı, təxribat xarakterli çağırışlara uymamalı, cəmiyyətdə yanlış rəy formalaşdıran mülahizələrə yol verməməlidirlər.
Din pərdəsi altında gizlənən cinayətkar ünsürlərin iyulun 10-da Gəncədə törətdikləri qətl hadisəsi gənclərimizi hədsiz hiddətləndirib. İki cəsur, yüksək rütbəli zabitimiz şəhid olub, neçə nəfər yaralanıb. Lakin Baş meydana soxulan başıpozuqlar bir neçə dəqiqə ərzində pərən-pərən edilib, saxlanılıb. Bütün Gəncə əhalisi, Azərbaycanın digər vətəndaşları onların bu hərəkətlərinə lənətlər oxuyur.
Biz bilirik ki, baş vermiş hadisələr ölkə başçısı cənab İlham Əliyevin nəzarətindədir. Təbii ki, hüquq-mühafizə orqanları da bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsini təmin edəcəklər.
Yüksəl Məmmədov, 
YAP Gəncə Şəhər Təşkilatı Gənclər Birliyinin sədri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında