Gəncəlilər dövlətçiliyimizə sədaqətli insanlardır

Bəlli olduğu kimi, bu il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri xalqımıza, dövlətçiliyimizə qarşı törədilən bu amansız terror hadisəsini qəti surətdə, kəskin pisləyirlər. Tanınmış kaman ustası, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi kafedrasının müdiri, professor Arif Əsədullayev bu barədə dedi: 
 
– Gəncədə baş verən terror hadisəsini dərin narahatlıq hissi ilə qarşıladım. Qəlbimdə dərhal dövlət məmurlarına və asayiş keşikçilərinə əl qaldıranlara qarşı sonsuz bir qəzəb və hiddət yarandı. Mən zərrə qədər şübhə etmirəm ki, bu qanlı cinayəti törədənlər də, onu sifariş edənlər də yaxalarını haqq-ədalət divanından kənara çəkə bilməyəcəklər. 
Gəncə Azərbaycanın ürəyidir, görünür, bədxahlarımız dövlətçiliyimizi sarsıtmaq məqsədilə xalqımızın ürəyindən vurmaq niyyətinə düşüblər. Lakin kəskin yanılıblar. Düşmənlərimiz adi bir həqiqəti dərk edə bilmirlər ki, bütün Azərbaycan vətəndaşları kimi, gəncəlilər də milli istiqlalımıza son dərəcə sədaqətli insanlardır. Fakt budur ki, şəhərin əhalisi təxribatçıların felinə uymadılar, əksinə, dövlətimiz, Prezidentimiz ətrafında daha sıx birləşərək, yüksək vətəndaşlıq təəssübkeşliyi nümayiş etdirdilər. 
Mən Bakıda doğulub boya-başa çatsam da, Gəncəni də hədsiz dərəcədə çox sevirəm. Əslində Gəncəni sevməmək mümkün deyil. Gəncə Azərbaycan tarixinin şanlı, şərəfli səhifələrini özündə əks etdirən bənzərsiz bir şəhərdir. Gəncənin hər bir daşında, hər bir küçə və xiyabanında tarix yaşayır. 
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olub Gəncə! Azərbaycanın böyük xilaskarlarından biri, qarşısına duz-çörəklə çıxdığı general Nuru paşanın ruhu dolaşır Gəncədə! Təsadüfi deyil ki, dahi siyasətçi Heydər Əliyev Gəncəni sonsuz məhəbbətlə sevir, onun mərd, zəhmətsevər insanlarına hörmət və rəğbət bəsləyirdi! Bəli, Gəncə sakinlərinin yüksək vətəndaşlıq yetkinliyi nümayiş etdirməsi gözlənilən idi! Axı, gəncəlilər dövlətçiliyimizə sədaqətli insanlardır.
Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında