Qənirə PAŞAYEVA: Susmamalı, düşməni sevindirməməliyik

Gədəbəyə səfərə gedən Milli Məclisin deputatı Qənirə Paşayeva sosial şəbəkədə Gəncə hadisələrini yolda eşitdiyini qeyd edib. Hadisə ilə bağlı deputat bildirir ki, belə qarışıqlıq vaxtı mütləq dövlətin yanında olmalıyıq və bu oyunları quranlar qanuna uyğun ciddi cəzalandırılmalıdırlar.
 
Q.Paşayeva bu neqativ hadisənin onu da çox ciddi narahat etdiyini deyir:  "Vətəndaşlarımız, bütün azərbaycanlıların əksəriyyəti dövlətimizin və qanunların yanında dayanıb. İnanırıq ki, bu terroru törədənlər, bu cür hadisələrlə Azərbaycanı çalxalamaq istəyən, əmin-amanlığı pozmağa cəhd edənlər, bu oyunları quran xarici və daxili qüvvələr ifşa olunacaq, qanun qarşısında cavab verəcəklər. Bu məsələdə Vətənimizi sevən vətəndaşlar dövlətimizin yanında olmalıdır. Polis əməkdaşlarının belə dəhşətli şəkildə qətlə yetirilməsini hamımız birmənalı pisləməliyik. Hamımız buna qarşı etiraz səsimizi ucaltmalıyıq. Çünki, bu, çox ağır hadisədir. Azərbaycanda belə hadisələrin baş verməsi düşmənləri sevindirir. Ona görə də susmamalı, düşməni sevindirməməliyik. Birmənalı şəkildə bəyan etməliyik ki, daha ölkəmizdə bu cür hadisələrin baş verməsini, nahaq qan tökülməsini istəmirik. Bilirəm ki, ötən gün axşam baş verənlərə görə gəncəlilər narahatdırlar. İnanırıq ki, onlar ulu Nizami yurdunun şərəfli adını uca tutaraq bu radikal ünsürlərə qarşı öz etiraz səsini ucaldacaq və doğma dövlətinin yanında olacaqlar".
Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında