Dövlətə qarşı təxribata cəhd Vətənə xəyanətdir

Hər Türkiyə səfərimdə insanların yol kənarında yiyəsiz buraxılan çantadan necə qorxduqlarını, polisə sarıldıqlarını gördüm. Bir rəfiqəmin danışdıqları isə faciəni çılpaqlığı ilə gözümün önündə canlandırdı. Sən demə, onlar öz balaca uşaqlarının paltar ciblərinə  yaxınlarının telefon nömrələrini yazıb qoyurlarmış ki, qəfil nəsə olsa, uşağı tapıb ailələrinə təhvil versinlər. Təsəvvür belə edə bilməzsiniz, illərlə bu qorxu ilə yaşamaq nə deməkdir? 
 
...Türkiyədən Azərbaycana gələn ailəmin – qaynana,qaynatamın axşam doqquzda pəncərədən çöldə rahatca gəzişən insanlara heyrətlə baxmaqlarını demirəm... Terror qorxusu iliklərinə işləyib.Əsəbləri pozulub. Bu hiss terrorun özündən daha dəhşətlidir. 
Heyranlıqla baxdığınız ölkələrdə bəlkə insanların qarnı toxdur, amma can təhlükəsizliyi yoxdur. Kimin  harada, hansı güllədən və ya hansı daşdan-bıçaqdan öləcəyi bəlli deyil. Ömür boyu qaranlıq küçələrdən qorxmaq, arxasına baxaraq yerimək nələrin nəticəsidir, xəbəriniz varmı?! Bu və bu kimi minlərlə misallardan xəbəriniz olsaydı, yerindən qalxanı qəhrəman eləmək, klaviatura arxasından dəstək vermək istəyiniz də güc gəlməzdi. Sosial şəbəkələrdə üsyan çağırışları, insanları qiyama səsləmək hansı məntiqin məhsuludur?! Ya da hansı xarici qüvvənin təsiridir?!  
Suriya təcrübəsini xatırlatmaq istəmirəm. Onsuz da məndən yaxşı bilirsiniz. Bir ölkə məhv olur. Küçələr uşaqlarla qaynayır. Və bu, onların bugünkü reallığıdır. Türkiyə dövlətinin onlara göstərdiyi yardımın mindəbirini dünya dövlətləri etmədi. Yiyəsiz, sahibsiz, kimsəsiz, Vətənsiz qoydular, sözün əsl mənasında. Xarici qüvvələrin niyyəti, məramı da bizi Vətənsiz buraxmaqdır. Gəncə, Şəmkir, Şəki, Qax, Yevlax, Naxçıvan... bunlar bir bədənin damarlarıdır. Birində tıxanma oldumu, can əldən gedər! Can! 
Sən cibində bu ölkənin vətəndaşlığını təsdiq edən sənəd daşıyırsan! Bunu görməzdən gəlib hər hansı şər qüvvələrin təhriki ilə dövlətinə qarşı çıxmaq, təxribata cəhd eləmək, o pasporta xəyanət deyilmi?!  Vətənə, dövlətə qarşı təxribat  Vətənə xəyanətdir.  Bu Vətən hamımızındır. Bölməyə, bölgələşdirməyə heç kimin haqqı yoxdur. Cəhd edən də layiqli cavabını mütləq alacaq. Necə ki, indiyə qədər heç bir xəyanət və heç bir cinayət cəzasız qalmayıb! 
Hərdənbir dünyadan özünüzə baxın. Necə göründüyünüzə, xainlərə necə mesaj verdiyinizə diqqət edin. Və bilin ki, siz hər dəfə düşmən sevindirəndə bu Vətən üçün canından keçən oğulların ruhu, əsir qadınların namusu sızlayır. Başqa sözüm yoxdur. Çünki kişi olan Vətəninə xəyanət etməz! Bu Vətən  bizimdir. Bizim! Candan pay olmaz, can bölünməz, parçalanmaz! Parçalanarsa ölər və qanı üstünüzdə qalar... 
Polislərimizə Allahdan rəhmət diləyi ilə.”... 
Nigar İSFƏNDİYAR,
AZADİNFORM.AZ 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında