Terrorçular layiq olduqları ağır cəzadan yaxa qurtara bilməyəcəklər

Məlum olduğu kimi, bu il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal diniyönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, asayişi kobud şəkildə pozmağa cəhd göstərmişdir. 
 
Radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində ictimai asayişi qorumağa çalışan iki polis zabiti şəhid olmuşdur. Bu terror hadisəsi ölkə ictimaiyyətində dərin qəzəb və hiddət doğurmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəetmə və menecment kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru İbrahimxəlil İbrahimov bu barədə demişdir: 
– Gəncə şəhərində baş verən terror hadisəsi bir Azərbaycan vətəndaşı kimi, məni də ciddi narahat edir. Çünki bu, dövlətə və hakimiyyət nümayəndələrinə qarşı yönələn terror hadisəsidir. Terrorçular və onların arxasında duranlar xalqımızın qəzəbinə tuş gəlirlər. Onlar layiq olduqları ağır cəzadan yaxa qurtara bilməyəcəklər.  
Tamamilə əminəm ki, Azərbaycanda hakimiyyət nümayəndələrinə silah qaldıranlar ölkəmizin qanunlarına müvafiq olaraq, mütləq layiqli cəzalarını alacaqlar. Bu terrorun arxasında, şübhəsiz, müstəqil Azərbaycanın uğurlarını istəməyən, ölkəmizi xaos və qarşıdurmalara sürükləyən düşmən qüvvələr dayanırlar. Lakin həmin qüvvələr unudurlar ki, bu gün Azərbaycan dövləti güclüdür, dövlətimiz, ölkəmizin hüquq-mühafizə orqanları xalqımızın mənafelərinə zidd olan hər hansı bir  təxribata qətiyyətlə cavab vermək iqtidarındadır. 
Bu gün Azərbaycanda xalqla dövlətin sıx birliyi, sarsılmaz həmrəyliyi mövcuddur. Ölkəmizdə əmin-amanlıq, sabitlik hökm sürür. Lakin məqam düşən kimi suyu bulandırmağa çalışanlar da tapılır. Qoy “sapı özümüzdən olan baltalar” unutmasınlar ki, onlar bununla düşmən dəyirmanına su tökürlər. 
Azərbaycan xalqı müdrik xalqdır. Bu il aprelin 11-də keçirilən prezident seçkilərində ölkə vətəndaşlarının böyük əksəriyyəti xalqımızın parlaq gələcəyinə əbədi xidmət edən Heydər Əliyev siyasətinə, ulu öndərin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə səs verdi. Dövlətimizin başçısıının müdrik liderliyi ilə Azərbaycan hazırda hərtərəfli tərəqqi yolundadır. Heç bir qüvvə xalqımızı bu yoldan çəkindirə bilməz. 
Söhbəti qələmə aldı:
M.HACIXANLI, 
“Xalq qəzeti” 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında