Azərbaycan İslam Demokratik Partiyasının sədri Tahir ABBASLI: Dindən bixəbər kəslər din pərdəsi altında cinayətlər törədirlər

Gəncədə baş verən hadisələr nəticəsində dünyasını dəyişmiş polis məmurlarının ailələrinə, əzizlərinə partiyamız adından başsağlığı verirəm. Allah ruhlarını şad eləsin!  Dövlətimizin təhlükəsizliyi uğrunda hər növ mübarizədə canından keçən  vətəndaşlarımız başımızın tacıdırlar və qəlbimizi fəth etmiş olurlar. 
 
Baş vermiş hadisə ilə bağlı deməliyəm ki, atılmış bir  yanlış addım belə ağır nəticələr verə bildiyindən ehtiyatlanmaq zərurəti yaranır.  O üzdən hamılıqla böyüklük göstərib, ağır nəticələr verə bilən təxribat xarakterli əməllərdən qaçmaq lazımdır və ölkəmizin, xalqımızın dövlətimizin taleyini baş verə biləcək qara qüvvələrin ixtilaflarından, marıqda  duran separatçılardan qorumaq vətəndaşlıq borcumuzdur. 
Dini ideologiya yeddi suala cavab verməlidir: mən kiməm, haradan gəlmişəm, hara gedirəm, nə etməliyəm, nə edə bilərəm, nə halaldır, nə haramdır? Gördüyünüz kimi, bu hədəflər arasında zorakılıq, sui-qəsd, zülm etmək, kimsənin haqqına girmək yoxdur. Dinin mahiyyətindən anlayışı olmayanlar çoxdur, ona görə də baş verən hər qanlı hadisəni aparıb dinə calayanlar var. 
Ölkəmizdə din dövlətdən ayrı olsa da, dindarlar özlərini dövlətdən ayrı hiss etməməlidirlər. Dindən sui-istifadə etmək, din adına çağırış etmək İslama ləkədir. Baş verən cinayətləri dinlə bağlamaq olmaz.  
Din dövlətdən ayrıdır, deyirik. Amma dövlət təhlükəsizliyi məsələsində dövlətin aidiyyatı şəxsləri ilə mütləq məsləhətləşməliyik. Hər bir fərd rahat yaşamalıdır, müsəlmanlıq  o demək deyil ki, narazı qaldığımız kimsəyə təcavüz etməliyik. Bizə o ixtiyar verilməyib. Fərdi düşüncələri ilə əməllər törədənləri, insanları qətl edənləri dinə bağlamaq olmaz. O şəxslər din pərdəsi altında gizlənərək hadisələr törədirlər ki, onların dindən xəbərləri yoxdur, onlar təxribatçıdırlar.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında