Deputat Fazil Mustafa: Bu, Azərbaycan dövlətçiliyinə qarşı planlaşdırılmış təxribatdır

Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq  və ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq məqsədilə bir qrup  radikal dini qurum üzvünün  son vaxtlar  Gəncədə törətdiyi  terror  aktı və iğtişaşlar  ciddi narazılıqla qarşılanıb. İctimaiyyətin nümayəndələri günahkarların tezliklə tapılıb qanunla cəzalandırılmasını tələb edirlər.
 
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil MUSTAFA bu barədə  dedi:
– Gəncədə baş verən hadisələr cəmiyyətin diqqət mərkəzindədir.  Bu, bilavasitə, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə qarşı qabaqcadan düşünülmüş, planlanşdırılmış  ciddi təxribatdır. Araşdırmalardan  sonra məlum oldu ki, bu, hansısa bir məmurla bağlı hadisə deyil və birbaşa dövlətin konstitusion quruluşunu dəyişməyə  yönələn terrordur. Bu çirkin hadisələri törədənlər xaricdən ayrı-ayrı qüvvələr tərəfindən dəstəklənir. Ona görə də bu məsələdə Azərbaycan cəmiyyətinin fəallığı, birliyi olduqca vacibdir. Hesab edirəm ki, müstəqil dövlətimiz üçün böyük bir təhlükə mənbəyinə çevrilə biləcək hadisələrin qarşısı qətiyyətlə alınmalıdır. Bu işdə dövlət rəsmiləri ilə yanaşı, ictimaiyyətin nümayəndələri də qətiyyətli mübarizə aparmalı, bədxahlarımızın çirkin niyyətlərini ürəklərində qoymalıdır. Biz dövlətimizə qarşı yönəldilmiş belə təxribatların qarşısını almalı, hüquq-mühafizə orqanı əməkdaşlarının fəaliyyətini dəstəkləməliyik. 
Niyə məhz hədəf Gəncə seçildi – sualına cavab olaraq, partiya sədri dedi ki, bu hadisələrin məhz Gəncədən başlanılması səbəbsiz deyil. Ssenari müəllifləri düşünürdülər ki, əvvəllər də Gəncədə belə hadisələr baş verib.  Onlara elə gəlirdi ki, həmin hadisələrin  burada  gerçəkləşdirilməsi daha  məqsədəuyğundur. Ona görə də bu çirkin addıma Gəncədən başladılar.  Ancaq,  göründüyü kimi, Gəncə əhalisi onları dəstəkləmədi, Azərbaycan dövlətinin, onun Prezidentinin yanında olduğunu nümayiş etdirdi. Terrorçulara aydın oldu ki, Azərbaycan əhalisi öz dövlətinin, onun başçısının  ətrafında sıx birləşib və  milli dövlətçiliyi, müstəqilliyi  qorumağa  qərarlıdır.
Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında