Əsl gəncəli öz Vətənində təxribat törətməz

Gəncə hadisələri hər bir azərbaycanlıda bu təxribatı törədənlərə və onun təşkilatçılarına qarşı böyük nifrət hissi oyatdı. Çünki bu hadisələr zamanı iki polis zabiti vəhşicəsinə qətlə yetirildi. Onların günahı nə idi? Qanunsuz hərəkətlərin qarşısını alır, asayişi qoruyurdular. Özləri də təxribatı törədənlərin qarşısına silahsız çıxmışdılar. Şəhid olan polis zabitlərindən biri də mənim qardaşım, Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur. Digər şəhid olan polis zabiti, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, mənim mənəvi qardaşım, polkovnik İlqar Balakişiyevdir. 
 
Bir qrup təxribatçının, araqarışdıranın Gəncənin mərkəzində iğtişaşlar törətməsi barədə artıq ictimaiyyətə məlumat verilib. Asayişi təmin edən polis əməkdaşları onların qarşısına silahsız çıxmışdılar. Çünki hamıya yaxşı məlumdur ki, əsl gəncəli öz millətinə əl qaldırmaz, doğma Vətənində təxribat törətməz. Biz hələ də məəttəl qalmışıq ki, gəncəli adıyla meydana çıxan bu təxribatçılar kim idi? Axı, biz gəncəlilər həmin adamların çoxunu tanımırıq. Şəxsiyyəti bizə məlum olmayan həmin adamlar əllərində xəncər, bıçaq tutaraq asayiş keşikçilərinə qarşı son dərəcə amansız, qəddar idilər. Sonradan məlum oldu ki, onların arasında Ermənistandan sığınacaq istəyən, düşmənlərimizin idarə etdiyi şəxslər də olub. Onlar gəncəlilər adından insanları meydana çağırırdılar. Həmin gün meydana çıxan, təxribat törətmək istəyənlər arasında cüzi sayda gəncəli var idisə, onlar da nankorlar, müftə yolla onun – bunun hesabına dolananlar, ölkəmizin inkişafını gözü götürməyənlərin dəyirmanına su tökmək istəyənlər idi. Onların nə dinlə əlaqəsi var, nə də milli dəyərlərimizlə.
Əminəm ki, iğtişaşlar zamanı şəhid olmuş polis zabitlərimizin qanı yerdə qalmayacaq. Hüquq-mühafizə orqanı əməkdaşları bu nankorları, satqınları, düşmənin sifarişlərini yerinə yetirən xainləri tez bir zamanda tapacaq və qanun çərçivəsində cəzalandıracaqlar. Biz, gəncəlilər dövlət başçımızın ətrafında sıx birləşmişik. Heç bir qan-qada, hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Azərbaycanın müstəqilliyinin əbədiliyi, sürətli inkişafı və dünyada nüfuzunun artması hər birimizə qürur verir. Gəncə əhalisi dövlətimizi də, onun rəhbəri cənab Prezidentimiz İlham Əliyevi də sevir. Biz Prezidentimizə inanır və ona etibar edirik. Bu yoldan bizi heç bir təxribat, terror döndərə bilməz! Təxribat törədənlər də layiqli cəzalarını alacaqlar. 
 
Hacı Tahir ABBASOV,
Gəncədəki İmamzadə türbəsinin axundu

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında