Azərbaycanda xaos, anarxiya yaradılması mümkün deyil

Gəncə şəhərində baş vermiş hadisələrdən təəssüf hissi keçirərək deyə bilərəm ki, ölkəmizin bu qədim şəhərində təşkil edilən terror heç də təsadüfi deyil. Şübhəsiz ki, istintaq araşdırmaları yaxın vaxtlarda bütün şübhələrə, fərziyyələrə son qoyaraq, həqiqəti ortaya çıxaracaq. Amma bəri başdan tam əminliklə bildirirəm ki, bu qanlı hadisə bəzi şəxslərin və qrupların əvvəlcədən düşünülən, planlaşdırılan birgə fəaliyyəti, əlbirliyi ilə törədilib. Məqsəd də gün kimi aydındır: Azərbaycanın inkişafını, tərəqqisini istəməyən qüvvələr ölkəmizi xaos, anarxiya yaratmaqla, Suriyanın gününə salmaq istəyirlər. 
 
Fikrimin təsdiqi kimi, bəzi məqamlara diqqət yetirmək istərdim. Nazirlər Kabinetinin sonuncu iclasında da qeyd edildiyi kimi, iqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci bir dövlət olmayıb, hətta böhranlı illərdə belə respublikamız öz iqtisadi gücünü qoruya, böhrandan az itkilərlə çıxa bilib. Respublikamızda beynəlxalq layihələrin reallaşdırılması sanki bir ənənəyə çevrilib. Təkcə bu ilin ilk yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin və TANAP-ın rəsmi açılışının reallaşması, Azərbaycan Ordusunun yaranmasının 100 illiyinin möhtəşəm şəkildə qeyd edilməsi, paytaxt Bakı ilə yanaşı, ölkənin bütün regionlarında geniş həcmdə tikinti-quruculuq işlərinin görülməsi bunun parlaq ifadəsidir. Bütün bunlar isə onu deməyə əsas verir ki, dünyanın sabitlik, təhlükəsizlik və əmin-amanlıq adasına çevrilən Azərbaycanın sürətli inkişafı düşmənlərimizi ciddi narahat edir və sui-qəsd, terror yolu ilə, ixtişaş törətməklə ölkəmizi zəiflətməyə çalışırlar. 
Gəncə şəhərində baş verən hadisələr qansız-qadasız ötüşmədi, iki polis zabitimiz qətlə yetirildi. Cəmiyyətimiz bundan dərin təəssüf hissi keçirdi, ancaq hər zaman olduğu kimi, bu dəfə də dövlətimizin yanında oldu, onu müdafiə edərək, xaos, anarxiya yaratmaq istəyənlərə fürsət vermədi.
Bu məqamda üzümü Vətənimə qarşı xain mövqedə duranlara tutub deyirəm: Bugünkü Azərbaycan ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. İndi ölkəmiz bütün dünyada nüfuzu, gücü, qüdrəti ilə tanınır. Respublikada xalq-iqtidar birliyi var, sabitliyimizin əsasında Azərbaycan xalqının birliyi dayanır. Ona görə də heç nəyə nail ola bilməyəcəksiniz. Hüquq-mühafizə orqanları istənilən qeyri-qanuni addımlarınızın qarşısını qətiyyətlə alacaq, hər hansı bir terrora, sui-qəsdə imkan verməyəcək, cəmiyyətimizdə sabitliyin, ictimai asayişin pozulmasına şərait yaratmayacaq. 
Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında