Cinayətkarlar layiqli cəzalarını almalıdır

Artıq neçə gündür ki, Gəncədə bir-birinin ardınca baş verən və sıx əlaqəli olduğu görünən hadisələr ölkə ictimaiyyətini ciddi şəkildə narahat etməkdədir. Azərbaycanın bu ikinci böyük şəhərinin icra başçısı niyə güllələndi? İki yüksək çinli polis zabiti niyə qətlə yetirildi?
 
Suallar çoxdur. Amma hamıya gün kimi aydındır ki, bu hadisələrin baş verməsində Azərbaycanı sevməyən, ölkəmizin müstəqilliyini, iqtisadi cəhətdən qüdrətlənməsini, hərbi baxımdan regionun güclü dövlətinə çevrilməsini istəməyən qüvvələrin əli var. Bu qüvvələr qədim tarixə malik şəhərimizdə ağlasığmaz təxribatlar törətməklə dövlətimizi daxildən zəiflətməyə, milli həmrəyliyimizi, xalq-iqtidar birliyini, tolerant həyat tərzimizi pozmağa cəhd etdilər. Şübhəsiz ki, Gəncə kimi böyük bir şəhərdə cəmi 150-200 nəfərdən ibarət radikal qrup heç nəyə nail ola bilmədi və ola da bilməzdi. Çünki həmişə dövlətçiliyimizə, milli birliyimizə, müstəqilliyimizə və ərazi bütövlüyümüzə sədaqəti ilə seçilən, bu yolda tarixən qurbanlar verməyi bacaran gəncəlilər belə qüvvələrin ardınca gedə, onların təxribatçı əməllərinə şərik çıxa bilməzdilər. 
Bu yaramaz radikallar sadəcə iki günahsız insanı öldürməklə nəyə qadir olduqlarını göstərdilər. Məlum oldu ki, onları əmrini yerinə yetirdikləri ağalarına “layiqincə xidmət” maraqlandırır. Hadisələrin gedişindən göründü ki, heç bir sosial bazaya malik olmayan bu radikal qüvvə əvvəlcədən planlaşdırılmış ssenari əsasında hərəkət etdi: öz xidməti vəzifəsini yerinə yetirən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis polkovniki İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu qətlə yetirdi. 
Amma Azərbaycan hüquqi dövlətdir və xalqımız inanır ki, günahsız insanların qanını tökmüş suçlular ədalət mühakiməsi qarşısına çıxarılacaq və layiqli cəzalarını alacaqlar. 
Musa BƏDƏLOV, 
biologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü,
 
Lerik rayonu

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında