Deputat Musa QULİYEV: Bu xalq heç vaxt imkan verməz ki, müstəqilliyimizə çirkli əllər uzansın

Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur. 
 
Həyata keçirilən tədbirlər nəticəsində Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.
Milli Məclisin deputatı Musa Quliyev (Urud) bu hadisələrlə əlaqədar dedi:
– Mən uzun müddət Gəncədə işləmişəm və buradan da deputat seçilmişəm. İstər işlədiyim vaxtlarda, istərsə də, seçicilərimlə keçirdiyim görüşlərdə gəncəliləri daha yaxından tanımışam. Gəncəlilər heç vaxt imkan verməzlər ki, təxribatçı qruplar ölkəmizin müstəqilliyinə xələl gətirsin, dövlətçiliyimizə qəsd etsin. Biz bu yolda canını qurban vermiş iki yüksək vəzifəli polis zabitinin dəfnində bunun şahidi olduq. On minlərlə gəncəli dəfn mərasimində iştirak edirdi. Bu, həmrəyliyin bariz nümunəsi idi. Bütün Gəncə əhalisi bu qanlı terror hadisəsini pisləyir, dövlət rəsmilərinə qarşı terror törədənləri lənətləyir.
 Son bir həftə ərzində Gəncədə baş verən hadisələr onu göstərir ki, müstəqilliyimizi, dövlətimizin inkişafını gözü götürməyən qüvvələr öz çirkin niyyətlərini terror yolu ilə Gəncədə həyata keçirmək üçün sabitliyi, asayişi pozmağa cəhd ediblər. Amma onlar yanılırlar. Unudurlar ki, Azərbaycan qüdrətli dövlətdir, onun möhkəm iradəli, uzaqgörən, yüksək intellektli Prezidenti var. Eyni zamanda, ölkədə sıx “iqtidar-xalq” vəhdəti var. Bu xalq heç vaxt imkan verməz ki, müstəqilliyimizə çirkli əllər uzansın.
Deputat əminliklə bildirdi ki, hüquq - mühazifə orqanlarının əməkdaşları bu qanlı cinayəti törədənləri, onun təşkilatçılarını, fətva verənləri müəyyənləşdirəcək və qanunla ən sərt şəkildə cəzalandıracaqlar.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında