Dinin mahiyyətindən xəbəri olmayanlar din pərdəsi altında cinayətlər törədirlər

   Gəncədə baş verən hadisələr nəticəsində dünyasını dəyişmiş polis məmurlarının ailələrinə, əzizlərinə partiyamız adından baş sağlığı verirəm. Allah axirətlərini versin. Dövlətimizin təhlükəsizliyi uğrunda hər növ mübarizədə canından keçən  vətəndaşlarımız başımızn tacıdırlar və qəlbimizi fəth etmiş olurlar. Gəncədə baş verən olay  bizləri çox narahat edir. Atılmış bir  yanlış adım belə ağır nəticələr verə bildiyindən ehtiyatlanmaq zərurəti yaranır.  O üzdən hamılıqla böyüklük göstərib, ağır nəticələr verə bilən təxribat xarakterli ixtilaflardan qaçmaq lazımdır və ölkəmizin, xalqımızın dövlətimizin taleyini baş verə biləcək qara qüvvələrin ixtilaflarından, fürsətdə duran sepertçılardan qorumaq vətəndaşlıq borcumuzdur.

Bu arada yaranmış vəziyyətin təhlükəli tendensiyaya çevrilməsinə  yol verməmək üçün dindarlar bacardıqları qədər barışıq yarada biləcək mövqelər sərgiləməlidirlər. Cinayətkarlar kimliyindən aslı olmayaraq cəzalandırılmalı və ifşa olnmalıdırlar ki,  xalqımız və dövlətimiz yeni təhlükələrdən  azad olsun.

 Dini ideologiya yeddi suala cavab verməlidir; mən kiməm, haradan gəlmişəm, hara gedirəm, nə etməliyəm, nə edə bilərəm, nə halaldır, nə haramdır? Gördüyünüz kimi, bu hədəflər arasında zorakılıq, sui-qəsd, zülm etmək, kimsənin haqqına girmək yoxdur. Dinin mahiyyətindən anlayışı olmayanlar çoxdur, ona görə də hər baş verən hər qanlı hadisəni aparıb dinə calayanlar var.

   Dindarlar özlərini dövlətdən ayrı hiss etməməlidirlər. Dindən sui-istifadə etmək, din adına çağırış etmək İslama ləkədir. Baş verən cinayətləri dinlə bağlamaq olmaz. Şəxsi maraqlardan dolayı da insanların sabitliyini pozmaq kimi hallar baş verir və bu o demək deyil ki, baş verən hər qanlı hadisə haqq uğrundadır. Din dövlətdən ayrıdır, deyirik. Amma dövlət təhlükəsizliyi məsələsində dövlətin aidiyyatı şəxsləri ilə mütləq məsləhətləşməliyik. Hər bir fərd rahat yaşamalıdır, müsəlmanlıq  o demək deyil ki, narazı qaldığımız kimsəyə təcavüz etməliyik. Bizə o ixtiyar verilməyib. Fərdi düşüncələri ilə əməllər törədənləri, insanları qətl edənləri dinə bağlamaq olmaz. O şəxslər din pərdəsi altında gizlənərək hadisələr törədir ki, onların dinin mahiyyətindən xəbəri yoxdur.

Tahir ABBASLI,

Azərbaycan İslam Demokratik Partiyasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında