Qaragüruha uymayın...

  Gəncədə bir caninin (motiv nə olursa- olsun, insanın həyatına qıyan adam canidir, qatildir!) müdafiəsinə qalxan, onu qəhrəman kimi qələmə verən , hələ neçə gün əvvəl planlaşdırılan etiraz aksiyasının gününü və vaxtını tirajlayanlar! Əlinizi olmayan vicdanınızın üstünə qoyub sevinin: Gəncədə günahsız iki qardaşımızın qanı töküldü, iki ailə başsız, övladlar atasız qaldı! Şəhərə nə qədər maddi ziyan dəydi, insanlar mənəvi əziyyət çəkdi, qaraguruh kütlənin içindəki canilər polis işçilərinə hər kəsin gözü qarşısında zopalarla, taxta parçaları ilə, daşla saldırdılar. Bu, GƏNCƏLİLƏRİN GÖZÜ QARŞISINDA BAŞ VERDİ! QADINLARIN, UŞAQARIN, YAŞLI İNSANLARIN, XARİCİ QONAQLARIN gözü qarşısında oldu bunlar!

    Mən heç kəsi müdafiə etmirəm, ancaq sadəcə bildiyim bir şey var: deyək ki,icra başçısını istəmirsiniz,onun işi, əməlləri sizi qane eləmir! Bu insan, vətəndaş kimi sizin haqqınızdır. Ancaq ölkədə belə olmayan, sağlıq durumu barədə kifayət qədər informasiya verilməyən bir adamın intiqamını başqalarından niyə alırsınız? Niyə düşmən sevindirirsiniz, niyə ölkədə sabitliyi pozmağa can atırsınız? Bu cür "əzmkarlığı,həmrəyliyi, qoçaqlığı" torpaqlarımız işğal olunanda niyə göstərmirdiniz?
    Dünyanın bütün sivil ölkələrində etiraz mitinqləri keçirilir, insanlar sosial problemlərinin çözüm yolunu dinc toplantılarda axtarırlar. Şüarlar söyləyir, əl-ələ, çiyin-çiyinə verib addımlayırlar, mahnı oxuyurlar. Onların heç biri mitinqə bıçaqla, tapança ilə gəlmir, öz həmşəhərlisinin, öz qardaşının qanına susamır. 
    Gəncə və gəncəlilər adına çox üzüldüm. Bu şəhərdə o qaraguruh kütlənin (belələri insan ola bilməz, ancaq beyinsiz kütlə ola bilər) qarşısına çıxıb cavanları sakitləşdirən ağsaqqalların olmamasına üzüldüm!

P.S: Naşı jurnalistlər, bəlkə də xüsusi təlimatla ora göndərilən "reportyorlar"! Hadisə baş verən yerdən ən azı 200 metr uzaqda dayanıb yalandan "deyirlər iki polkovnik öldürüldü!", "ay aman polislər mənim də gözümə bibər qazı sıxdılar, gözüm yanır, nəfəsim kəsilir!"-- deyənər, bu, jurnalistika deyil! Bu, insanların əsəbi ilə oynamaqdır, bu, özünüreklamdır! Belə həssas məqamlarda meydana professionalları göndərin, cənab sayt və internet tv sahibləri!

 

Telli PƏNAHQIZI,

Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında