Professor Həsənbala Sadıqov:Gəncədə təxribat törətməyə çalışanlar ekstremistlərdir

Gəncə şəhəri öz tarixində növbəti qanlı gününü yaşadı və dövlətini sevən hüquq-mühafizə orqanları bu təxribatın qarşısını qətiyyətlə aldılar.
 
Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov bildirib. O qeyd edib ki, Gəncədə təxribat törətməyə çalışan qüvvələri idarə edənlər həm ölkə daxilində, həm də xaricində olan müəyyən ekstremist qruplardır. Bu, primitiv şəkildə təşkil olunmuş terror hadisəsi idi. 
H.Sadıqov bildirib ki, Azərbaycan dövlətində qanuni hakimiyyət mövcuddur. Yəni, iqtidara gəlmək istəyənlər müxtəlif silahlarla meydana çıxıb təxribat törətməməlidir, çünki bu yolla hakimiyyəti ələ keçirmək yolverilməzdir. Bunun üçün ölkə Konstitusiyası və Seçki Məcəlləsi mövcuddur. Yəni, ölkəyə rəhbər olmaq üçün Prezident İlham Əliyev kimi xalqın etimadını qazanaraq seçkilərdə qalib gəlmək lazımdır. 
Müsahibimiz, həmçinin əlavə edib ki, 50-100 nəfərlə küçəyə çıxıb terrorla məşğul olmaq Azərbaycan dövlətinə və xalqına düşmən mövqe tutmaqdır. Həsənbala Sadıqov tələbələrinə də müraciət edərək bildirib ki, ölkənin təhlükəsizliyi onun sabitlik indeksidir. Azərbaycan vətəndaşları yalnız Prezidentimizin ətrafında birləşməlidir və bu gün ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında