Xalq haqq səsini qaldıracaq!

Azərbaycandakı sabitliyə, inkişafa, beynəlxalq aləmdəki reytinq və nüfuzumuza qənim kəsilən xarici qüvvələrin daxildəki səbatsız insanların əli ilə törətdiyi növbəti terror, təxribat hadisəsi hamını ciddi şəkildə narahat etdi. Nifrətimiz böyük, ümummilli amallar ətrafında birləşmək istəyimiz isə ondan da böyükdür. Allah şəhid olan polislərimizə rəhmət eləsin!
 
 Qarşıdurmaya çağıranlar, Vətənimizi qanla çalxalamaq istəyənlərin dəyirmanına su tökənlər, xurafat və cəhalətin əsiri olanları qəhrəmana çevirənlər, qisas hissi ilə alışıb yananlar, sevinənlər! Durun, dayanın! Xalq siz deyilsiniz! Xalq bu təhlükəni duyan, hiss edən, dövlətimizə qarşı namərd hücumların mahiyyətini anlayan insanlardır! Onlar çoxdurlar! Lap çox! İndi təmkinli dayansalar da, namərdlərə, kürəyə bıçaq saplayanlara layiqli cavab verəcəklər! 
İctimai fikir və çoxluq xalqın müdrik kəsimindədir! Və bu çoxluq indi dinməli, səsini qaldırmalı, Vətənimizi qana sürükləyən bir ovuc xainə qarşı kəskin münasibətini ortaya qoymalıdır!
Rəşad MƏCİD, 
Azərbaycan Yazıçılar Birliyinin katibi, 
“525-ci qəzet”in baş redaktoru, Əməkdar jurnalist

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında