Şair-publisist Aydın Tağıyev: Sabitliyimizə uzanan əllər suverenliyimizə, azadlığımıza yönəlib

İyulun 10-da Gəncədə baş verənlər xalqımızın birliyini pozmağa yönələn uğursuz cəhddir. Pozucu qüvvələrin məkrli niyyətlərinin qarşısı alınarkən çox təəssüf ki, iki rəşadətli polisimiz şəhid olub. Mən polisimizə əl qaldıran qatilləri lənətləyirəm. Gəncəyə gedib həmin qəhrəman polislərimizin dəfn mərasimində iştirak edəcəyəm. Onlar bizim övladlarımızdırlar. Bizim polisimiz bizi qoruyur. Gəncədə bu bir daha təsdiqini tapdı. Təxribat törətməyə cəhd edənlər öz qarşılarında bizim şərəfli polisimizi gördülər. Sabitliyimizə uzanan əllər suverenliyimizə, azadlığımıza yönəlib. 
 
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şabran ziyalısı, şair-publisist Aydın Tağıyev deyib.
“Burada məsələnin mahiyyəti gün kimi aydındır. Bizi istəməyən qüvvələr Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf etdiyini, dünyanın sayılıb-seçilən ölkələrindən biri olmasını heç cürə həzm edə bilmirlər. İqtisadi, siyasi yolla mübarizədə məğlub olan bu qüvvələr indi də terror, pozuculuq yolu seçiblər. Amma bu dəfə də cəhdləri boşa çıxdı, ifşa olundular. Bir daha gücümüzə bələd oldular. Allah şəhid polislərimizə rəhmət eləsin. Onlar bizim qəhrəmanlarımızdır”, - deyə Aydın Tağıyev bildirib.
Aydın Tağıyev vətəndaşlarımızı belə hadisələrə sərt mövqe bildirməyə, həmişə qətiyyəti, dövlətə sədaqəti ilə seçilən polisimizin yanında olmaqla ölkəmizdə xalq-iqtidar birliyinin sarsılmazlığını bütün dünyaya göstərməyə çağırıb. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında