İslam dini hər zaman terrora qarşı olub

Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın demokratik inkişaf modelini seçməsi, dini və milli tolerantlığın, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsi, sosial-iqtisadi sahələrdə mühüm uğurlar qazanması bəzi daxili və xarici qüvvələri ciddi narahat edir, respubilkamızda qarşıdurma, xaos yaradılmasına cəhd göstərilir. 
 
Həmin qüvvələr tərəfindən respublikamızda irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanların birlik və bərabərlik şəraitində yaşamasına qısqanclıqla yanaşılır, bu şəraiti şərtləndirən dövlət idarəçiliyi modeli təhlükəli sayılır. Ona görə də ölkəmizdəki ab-havanı pozmağı qarşılarına məqsəd qoyanlar bir sıra müsəlman dövlətlərindəki kimi, xaos, özbaşınalıq yaratmaqla Azərbaycanı terror poliqonuna çevirməyə çalışırlar. Ancaq unudurlar ki, belə məkrli planı respublikamızda həyata keçirmək mümkün deyil. Çünki Azərbaycanda artıq ciddi sınaqlardan çıxan xalq-iqtidar birliyi mövcuddur, əmin-amanlığı təmin etməyə qadir olan hüquq- mühafizə orqanları var. 
Onu da deyim ki, sui-qəsd cəhdinin, iğtişaşın imanlı, inanclı adamlarla, əsl dindarlarla heç bir əlaqəsi yoxdur. Çünki ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlərin səmərəli fəaliyyəti üçün şərait yaradıb, eyni zamanda, onların işlərinə qarışmır. Ona görə də hadisəni törədənlər, fikrimcə, xaricdən idarə olunaraq, dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır. Belə cəhdlərin qarşısı isə dövlətimizin bütün qanunları ilə qətiyyətlə alınır. 
Bir sözlə, Gəncədə din adı altında baş vermiş hadisə əvvəlcədən təşkil olunub, məqsəd isə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəldilib. Bir daha bildirmək istəyirəm ki, sui-qəsd cəhdinin, polis zabitlərinin öldürülməsinin dinlə əlaqələndirilməsi kökündən yanlışdır. Yuxarda vurğuladığım kimi, İslam dinində sui-qəsdə, zorakılığa yer yoxdur. Kimsə öz hərəkətlərini dinlə əlaqələndirməyə çalışırsa, bu, birmənalı olaraq doğru deyil. Din insanları zorakılığa, sui-qəsdə dəvət edə bilməz. Bizim dinimiz terrora, sui-qəsdə qarşıdır. Tarixə nəzər salsaq, görərik ki, İslam dininin səhabələri də terrora məruz qalıblar.
Yeri gəlmişkən, hazırda Qafqaz Müsəlmanları İdarəsi ölkəmizin müxtəlif bölgələrində dini maarifləndirmə tədbirləri həyata keçirir. Bu tədbirlərdə çox sayda dindar iştirak edir. 
Yerlərdə, habelə ölkənin ali təhsil müəssisələrində, o cümlədən İlahiyyat İnstitutunda gənclərin müəyyən təsirlərə düşməməsi məqsədi ilə dini mövzularda görüşlər keçirilməsi, bununla əlaqədar maarifləndirmənin gücləndirilməsi nəzərdə tutulub. Bundan məqsəd isə hazırda din amilindən siyasi alət kimi istifadə edən qrupların qarşısını almaqdır.
Sonda onu da bildirim ki, bu cür hadisələr Qafqaz müsəlmanları tərəfindən birmənalı şəkildə pislənilir.
Hacı Şahin HƏSƏNLİ,
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, 
Məşədi Dadaş məscidinin imam-camaatı 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında