Bu, qabaqcadan planlaşdırılan təxribat idi...

İyulun 10-da Gəncədə qabaqcadan planlaşdırılan təxribat və dövlətimizə qarşı terror həyata keçirmək istəyənlərin niyyəti baş tutmasa da, itkilərimiz var. Allahdan hər birinə rəhmət diləyir və yaxınlarına başsağlığı veririk. 
 
Azərbaycandakı sabitliyi pozmaq istəyənlərin nəzərinə çatdırmaq istəyirik ki, Gəncə tarixən qəhrəmanlar şəhəri olub, bu gün də həmin ənənə yaşayır, gələcəkdə də yaşayacaqdır. Dünən çəkilmiş videonu axşamdan indiyə qədər təhlil edirəm. Cavabsız qalan bəzi suallarım var. Hicablı bir qadını Gəncəyə kim göndərmişdi ki, o, çəkiliş etsin və bütün hakimiyyətə müxalif sosial kanallar və şəbəkələr də ancaq onu göstərsin. Əsl peşəkar ən azı 3 mənbədən məlumat almalı və yaymalıdır. Bu videodan açıq-aydın görünürdü ki, orada kəsici alətlə zərbə vuran ancaq kriminal elementlərdir. Əsas hədəfin də məhz zabitlərin seçilməsi bunu bir daha göstərdi.
Mənim sözüm Azərbaycanın “dostları”nadır, Gəncənin “təəssübünü çəkənlərədir”. Xaricdə əyləşib, buradakı hadisələri təhlil və şərh etməyin. Üzümü sapı özümüzdən, xüsusilə də Gəncədən olan “balta”lara tutub deyirəm: Özünüzü yığışdırın, bir tərcümeyi-halınıza baxın. Yazıqlar olsun sizə! 
Əziz həmvətənlər, Gəncə sakinləri dövlətimizin yanındadırlar, buna əmin ola bilərsiniz.
Bu günlərdə bizə görə narahat olanlara isə dərin minnətdarlığımı bildirirəm.
VƏTƏN sağ olsun!
Məleykə ƏLİZADƏ, 
tarix üzrə fəlsəfə doktoru, 
Əməkdar müəllim,
Gəncə şəhəri
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında