Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz!

Gəncədə baş verən ağır terror hadisələri Azərbaycan ictimaiyyətinin ən müxtəlif təbəqələrini, eləcə də elm və mədəniyyət xadimlərini ciddi narahat edir. Bu məsələ ilə əlaqədar bu günlərdə redaksiyamıza çox sayda telefon zəngləri olur. Azərbaycan Respublikasının Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli görkəmli xanəndə Canəli Əkbərov dünən həmin terror hadisələrinə münasibətini bu sözlərlə bildirdi: 
 
– Gəncədə baş verən terror hadisələri mənə çox ağır təsir etdi. Təsəvvür etmirdim ki, hər hansısa düşmən, bədxah qüvvə müstəqil Azərbaycanın dövlət məmuruna, asayiş keşikçilərinə qarşı belə amansız, qanunazidd hərəkətə yol verməyə özündə cəsarət tapa bilsin. Nə gizlədim, bu qanlı olaylar barədə ilk dəfə məlumat alanda sarsıldım. 
Lakin hadisələr baş verən andan bu günə qədər dövlətimizin qətiyyəti, xalqımızın dəyanəti qəlbimi dağa döndərdi. Bir daha əmin oldum ki, heç bir qüvvə, istər xaricdəki düşmənlərimiz, istərsə də daxildəki bədxahlarımız ulu öndər Heydər Əliyevin şah əsəri olan azad, demokratik, sivil Azərbaycan dövlətində sabitliyi, əmin-amanlığı poza bilməz.
Əlamətdar haldır ki, Gəncə sakinləri bu şəhərdə xaos, anarxiya yaratmaq niyyətinə düşənlərin felinə uymadılar. Bəli, şəhər əhalisi iğtişaş törədənlərin arxasınca getmədi, cinayətkarlara, terrorçulara qətiyyətlə “yox” dedi! Əslində, bu, gözlənilən idi. Azərbaycanın hər bir guşəsinin, eləcə də Gəncə kimi şanlı tarixə malik olan bir yurdun sakinləri milli istiqlal və istiqbalımıza xor baxanlara qəzəb və nifrətlərini bildirməkdən çəkinmədilər. 
Mən doğma Azərbaycanı bütün varlığımla sevirəm. Vətənimin hər qarışı mənim üçün doğmadır. Gəncəyə xüsusi rəğbətim var. Axı, bu şəhər ölkəmizin ən qədim mədəniyyət mərkəzlərindən biridir. O, dünya poeziyasına Nizami Gəncəvi kimi ölməz sənətkar bəxş etmişdir. Gəncə hələ düz bir əsr əvvəl milli istiqlalımıza öz töhfəsini vermişdir. Axı, məhz bu şəhər Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuşdur. 
Gəncə Azərbaycan milli musiqi sənətinə də böyük töhfələrini vermişdir. Burada böyük fəxrlə Qənbər Hüseynli və Fikrət Əmirov kimi xalqımızın iki böyük bəstəkarının adlarını çəkməyə bilmərəm. Bir sözlə, Gəncə mənim üçün doğulub boya-başa çatdığım Lənkəran qədər doğmadır. Bu gün Lənkəran, Quba, Şəki, Naxçıvan, bir sözlə, bütün Azərbaycan Gəncənin yanındadır. İnanıram ki, gəncəlilər bu çətin, gərgin şəraitdə bir daha təmkin və müdriklik nümayiş etdirəcəklər, hər zaman olduğu kimi, bu dəfə də dövlətçiliyimizi və istiqlalımızı qoruyacaqlar. 
Söhbəti qələmə aldı:
M.HACIXANLI, 
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında