Kimliyindən asılı olmayaraq dövlətinə təxribata cəhd Vətənə xəyanətdir

 AZADİNFORM.AZ saytının müxbiri Nigar İsfəndiyarın sosial şəbəkədə paylaşdığı yazı məni necə tutdusa, özündən razılıq belə almadan diqqətinizə çatdırmaq istədim. Nigarın həyat yoldaşı türkdür və çox xoşbəxt ailəsi var. Yazısında çox məsələlərə toxunur. Mən isə onun kiçik bir hissəsini çatdırıram:

     “...Azərbaycana gələn ailəmin axşam doqquzda pəncərədən çöldə rahatca gəzişən insanlara heyrətlə baxmaqlarından bəhs etmirəm, belə.(Söhbət Türkiyədən qonaq gələn qaynana-qaynatasından gedir—Z.B.) Terror qorxusu iliklərinə işləyib. Psixologiyaları məhv olub. Bu hiss terrorun özündən daha dəhşətlidir. 

   Heyranlıqla baxdığınız ölkələrdə bəlkə insanların qarnı toxdur, amma can təhlükəsizliyi yoxdur. Kimin  harada, hansı güllədən və ya hansı daşdan-bıçaqdan öləcəyi bəlli deyil. Ömür boyu qaranlıq küçələrdən qorxmaq, arxasına baxaraq yerimək nələrin nəticəsidir, xəbəriniz varmı?! Bu və bu kimi minlərlə misallardan xəbəriniz olsaydı, yerindən qalxanı qəhrəman eləmək, klaviatura arxasından qaz vermək istəyiniz də güc gəlməzdi. Sosial şəbəkələrdə üsyan çağırışları, insanları qiyama səsləmək ehtizazı hansı məntiqin məhsuludur?! Ya da hansı xarici qüvvənin?!  

Suriya təcrübəsini xatırlatmaq istəmirəm. Onsuz da məndən yaxşı bilirsiniz. Bir ölkə məhv olur. Küçələr uşaqlarla qaynayır. Və bu onların sahib çıxılan hallarıdır. Türkiyə dövlətinin onlara açdığı qucağın mində birini dünya dövlətləri açmadı. Buna baxmayaraq yiyəsiz, sahibsiz, kimsəsizdirlər. Vətənsizdirlər, sözün əsil mənasında. Xarici qüvvələrin niyyəti, məramı da bizi Vətənsiz buraxmaqdır. Yaxşılıq ha deyil, əllərindən gəlsin! Gəncəsi, Şəmkiri, Şəkisi, Qaxı, Yevlaxı, Naxçıvanı... bunlar bir bədənin damarlarıdır. Birində tıxanma oldumu, can əldən gedər! Can! 

   Heç kim ölkədə qismən də olsa, məmur özbaşınalığı olduğu həqiqətini inkar etmir. Amma Qarabağ savaşının həllini dövlətdən tələb edən bu qaraguruh nədənsə bəzi məsələlərin həlli yetgisini özündə görür. Niyə?! Qarabağ müharibəsinin sizə dəxli yoxdurmu?! Məmurdan narazısan, dövlətinə şikayət et, haqqını tələb elə! Sən çöldə və çöl qanunlarıyla yaşamırsan, döş cibində bu ölkənin vətəndaşlığını təsdiq edən sənəd daşıyırsan! Bax səni haqlı qılan odur. Aidlik duyğundur. Bunu görməzdən gəlib hər hansı şər qüvvələrin qazı ilə dövlətinə qarşı çıxmaq, təxribata cəhd eləmək, o pasporta xəyanət deyilmi?! Kimliyindən asılı olmayaraq Vətəninə, dövlətinə təxribata cəhd Vətənə xəyanətdir və bu Vətən hamımızındır. Bölməyə, bölgələşdirməyə heç kimin haqqı yoxdur. Cəhd edən də layiqli cavabını mütləq alacaq. Necə ki, indiyə qədər heç bir xəyanət və heç bir cinayət cəzasız qalmayıb! 

Hərdənbir dünyadan özünüzə baxın. Necə göründüyünüzə, xainlərə necə mesaj verdiyinizə diqqət edin. Və bilin ki, siz hər dəfə düşmən sevindirəndə bu Vətən üçün canından keçən oğulların ruhu, əsir qadınların namusu sızlayır. Başqa da sözüm yoxdur. Çünki kişi olan Vətənini bölməz! Papaq qiyməti bilən, tumana sevdalanmaz! Bu Vətən yaxşısı və pisiylə bizimdir. Bizim! Candan pay olmaz, can bölünməz, parçalanmaz! Parçalanırsa ölür və qanı üstünüzdə qalar... 

   Hə, bunu da unutmayın. Gəncə nə Nardaran deyil, nə də İran! İstədiyiniz olmayacaq. Nəinki ora, heç bir bölgəmiz bu təxribata getməyəcək, mən buna inanıram. Bu məmləkətdən qeyrətsiz çıxmaz çünki! 

Polislərimizə Allahdan rəhmət diləyi ilə.”... 

 

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında