Terrorçuların hədəfi Azərbaycan dövlətçiliyidir

     Məlum olduğu kimi, 2018-ci il iyulun 10-da 150-200 nəfərdən ibarət radikal diniyönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Kimliyi, məramı, hansı ideyanın daşıyıcısı və hansı əqidənin qulluqçusu olduğu bilinməyən, “Allahu Əkbər” deyib, Yaradanın buyurduqlarına zidd əməllər törədən, insan canına qəsd edən, şəhərin mərkəzində iğtişaşlar törədən bu dəstənin hədəfi, sözsüz ki, Azərbaycanda uzun illərdən bəri bərqərar olan sabitlikdir. Belə olmasaydı, bu cür başıpozuqlar sabitliyin və təhlükəsizliyin başlıca qarantı olan Azərbaycan polisinə əl qaldırmazdı. Bu insanların heç Azərbaycan xalqına və gəncəlilərə də aidiyyatı yoxdur. Xəncər, bıçaq kimi soyuq silaha əl atmaq yalnız soyuq qəlbli insanların peşəsi ola bilər. Bu xalqın insanı isə 20 Yanvarda onun üstünə gələn tankların qarşısına belə əliyalın çıxmışdı.      

     Terrorçuların hədəfi Azərbaycan dövlətçiliyidir. Yoxsa, tarixən Azərbaycanın müstəqil dövlətinin ilk paytaxtı, millətimizin qürur yeri olan Gəncəni hədəf seçməzdilər.    
     Terrorçuların hədəfi öz mövcudluğu dövründə bir dəfə də olsun dini qarşıdurmanın baş vermədiyi, öz tolerant dəyərləri ilə dünya ölkələri üçün nümunə olan Azərbaycandakı dünyəvilikdir. Belə olmasaydı, təxribat üçün  müqəddəs ocaq və İmamzadə yurdu olan Gəncə seçilməzdi. 
Ancaq bu cür qüvvələr unudurlar ki, Azərbaycan dünyəvi dövlət olsa da, insanların dini etiqadı və əqidə birliyi ilə bağlı ictimai durum və sabitlik daim dövlətimizin nəzarətindədir.          
     Bu cür qüvvələr unudurlar ki, sui-qəsdçilər və anarxistlər hər zaman Gəncədə məğlub olublar. Gəncə müstəqil və suveren Azərbaycan ideyasının rəmzi, dövlətçiliyin sütunudur.      
     Xaricdəki antiazərbaycan qüvvələr yalnız hansısa kütləni aldada bilərlər. Azərbaycan xalqı isə çoxdan dünyada öz siması və dəsti-xətti olan güclü bir millətə çevrilib. Yönü bəlli olmayan kütlədən fərqli olaraq, bu millətin seçdiyi yol bəllidir: əsasında azərbaycançılıq ideyasının durduğu müstəqil, suveren və bölünməz Vətən!     
     Bəli, yolu bəlli olan millətimiz bu dəfə də təxribatçıların felinə uymayaraq, Azərbaycanın dövlətçilik tarixindən, öz siyasi və mənəvi irsinin dərinliyindən gələn səsləri dinləməyi bacardı və terrora “yox” dedi. 
Bu dəfə də müdriklik cəhalətə qalib gəldi. Dövlətçilik hissiyatı anarxist meyillərdən üstün oldu.Gəncəlililər bu dəfə də öz ənənələrinə sadiq qalaraq, dövlətə və dövlətçiliyə bağlı olduqlarını sübut etdilər. Gəncəlilər haqlının yanında, haqsızın qarşısında olduqlarını dörd bir tərəfə bəyan etdilər.
   

    Ceyhun Hüseynov,
 ADAU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Gəncə şəhəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında