Mətbuat Şurasının sədri Əflatun Amaşov: Azərbaycan jurnalistikası mütləq dövlətçilik prinsiplərini üstün tutmalıdır

“Azərbaycan jurnalistikası bu hadisələri işıqlandırarkən mütləq Azərbaycan dövlətçiliyinin prinsiplərini üstün tutmalıdır” Bu fikirləri  Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Gəncədə baş vermiş iğtişaşlara münasibət bildirərkən Trend informasiya agentliyinə açıqlamasında  bildirib. O vurğulayıb ki, istər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan güllə, istərsə də dünən iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirilməsi Azərbaycanın müstəqilliyinə atılan güllədir.

Onun sözlərinə görə, Gəncədə baş vermiş hadisələr birmənalı şəkildə pislənməli və qısa zaman ərzində hadisənin üstü açılmalıdır: "Gəncədəki hadisədə günahı olan şəxslər hüquqi baxımdan cəzalarını almalıdır. Dövlətə qarşı çıxan hər kəs barəsində hüquqi müstəvidə tədbirlər görülməlidir. Əgər bu, belə olmasa, xəyanətkarların sayı çox olacaq və Azərbaycanın müstəqilliyi ilə barışmayan xarici qüvvələr bundan istifadəyə cəhd edəcəklər".

Əflatun Amaşov vurğulayıb ki, bu hadisələri qızışdıranlar da istər-istəməz Azərbaycanın müstəqilliyinə güllə atan şəxslərlə həmrəydirlər. Deputat hesab edir ki, həmin şəxslər də müəyyənləşməli və ictimai qınağa çəkilməlidirlər: "Ümumiyyətlə, Azərbaycan cəmiyyəti tanımalıdır ki, kimlər onun müstəqilliyini istəmir, kimlər onun uğurlarını dəstəkləmir. Vaxt itirilmədən, təcili olaraq bu hadisələr özünün siyasi qiymətini almalıdır. Bu hadisələrdə kimlər iştirak edir, kimlər onu törədənlərlə həmrəydirlər - onların hamısının əməlinə hüquqi qiymət verilməlidir".

Azərbaycan jurnalistikasının kifayət qədər vətənpərvər jurnalistika olduğunu qeyd edən Mətbuat Şurasının sədri  Azərbaycan mətbuatının  bu hadisələrə kifayət qədər peşəkarlıqla yanaşmalı olduğunu qeyd edib. “Azərbaycan jurnalistikası bu hadisələri işıqlandırarkən mütləq Azərbaycan dövlətçiliyinin prinsiplərini üstün tutmalıdır"—deyə o əlavə edib.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Əfsanə BAYRAMQIZI,
“ Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında