Akademik Fuad Əliyev: cinayətkarlar tezliklə cəzasını alacaq, onların arxasında duran qüvvələr isə ifşa olunacaqlar

AMEA-nın Gəncə bölməsi, yəni, mənim iş yerim Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındadır. İyulun 10-da axşam saat 20 radələrində bir qrup dini radikal heç bir tələb irəli sürmədən asayişi qoruyan polislərə hücum edib, soyuq silahlarla və kəsici-deşici alətlərlə iki polis əməkdaşını qətlə yetirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Gəncə bölməsinin akademik-katibi, professor Fuad Əliyev bildirib.

Alim deyib: “Sözsüz ki, bu hərəkət dövlətə və dövlətçiliyə qarşı böyük bir qəsb və qanlı cinayətdir. Gəncə sakinlərinin bu işlərin heç birindən xəbərləri yox idi. Bu qanlı iğtişaş bir andaca həyata keçirildi. Gəncənin bu meydanı şəhər sakinləri üçün istirahət yeridir. Burada fəvvarələr, oturacaqlar və insanların istirahəti üçün hər cür şərait var. Bu hadisə də elə insanlar parkda istirahət edən vaxt qəfildən baş verdi. Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları, polislərimiz bu hadisədə böyük rəşadət göstərdilər. Qısa vaxtda - 15-20 dəqiqə ərzində bu iğtişaşın qarşısı alındı, şəhərdə dünən axşamdan asayiş tam bərpa olundu”.

Professor Fuad Əliyev qeyd edib ki, şəhərin ictimai həyatı əvvəlki axarında davam edir. İnsanlar yenə də gündəlik həyat qayğıları və işləri ilə məşğuldurlar. Biz, şəhər ziyalıları, alimlər Gəncədə son günlərdə baş verən terror hadisəsini və qanlı iğtişaşı böyük nifrətlə qarşılayırıq və bu cür hadisələri qınayırıq. Bu cür hadisələrin şəhər sakinləri ilə heç bir əlaqəsi yoxdur. Əminik ki, bu cür cinayətkarlar tezliklə cəzasını alacaq, onların arxasında duran qüvvələr isə ifşa olunacaqlar. Gəncəlilər heç zaman razı ola bilməzlər ki, Cənubu Qafqazın ən sabit və sürətlə inkişaf edən ölkəsi Yaxın və Orta Şərqin, ərəb və Afrika ölkələrinin vəziyyətinə düşsün. Azərbaycan hüquqi dövlətdir. Bura naməlum güclərin xaos poliqonu deyil. Azərbaycanın yolu sabitlik və inkişaf yoludur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında