Qax ictimaiyyəti təxribatçı qüvvələrin Azərbaycanda sabitliyi pozmaq cəhdlərini qətiyyətlə pisləyir

Azərbaycanın gündən-günə artan nüfuzunu, uğurlarını gözü götürməyən məkrli qüvvələr ölkəmizin sürətli inkişafına mane olmaq, sabitliyimizi pozmaq məqsədilə din pərdəsi altında vaxtaşırı təxribatlara əl atır, öz çirkin niyyətlərini həyata keçirmək üçün qardaş qanı axıtmaqdan belə çəkinmirlər. İyulun 10-da Gəncədə baş vermiş qanlı hadisə radikal ünsürlərin əsl simasını bir daha ortaya qoydu. Təəssüf ki, təxribatların qarşısını almaq üçün hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öz xidməti vəzifələrini yerinə yetirən iki polis zabitimiz qəhrəmancasına şəhid olub. Bütün ölkə ictimaiyyəti kimi, Qax sakinləri də Azərbaycanda qarışıqlıq yaratmaq istəyən, polisə və dövlətə qarşı silah işlədən pozucu qüvvələrin əməllərini qəti şəkildə pisləyir, şəhid polislərimizə Allahdan rəhmət diləyirik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qax ziyalısı Yaşar Şirinov söyləyib.

“Gəncədə baş verənlər bir daha təsdiq edir ki, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurmasının yaranması müəyyən xarici qüvvələrin maraq dairəsindədir. Lakin belə qüvvələr və onların əlaltıları bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və iqtidar-xalq birliyi ölkədə vətəndaş qarşıdurmasının yaranmasına heç zaman yol verməyəcək. Hüquq mühafizə orqanları dövlətin və xalqın iradəsinə uyğun olaraq Azərbaycanda sabitliyin qorunub saxlanması istiqamətində hər zaman qətiyyətli tədbirlər həyata keçirəcək”, - deyə Yaşar Şirinov bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında