Ağsulu veteran Camaləddin Zeynalov: Biz xalq-iqtidar birliyinə yönələn hər bir təxribata qarşıyıq

Biz veteranlar ölkəmizin sosial-iqtisadi sahədəki sürətli inkişafına, sabitliyə, xalq-iqtidar birliyinə yönələn hər bir təxribata qarşıyıq və bu təxribatı törədənləri qətiyyətlə pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikri Ağsu Rayon Veteranlar Təşkilatının sədri Camaləddin Zeynalov iyulun 10-da Gəncədə törədilən iğtişaşla bağlı müxbirimizə verdiyi müsahibəsində səsləndirib.

Veteran qeyd edib ki, 150-200 nəfərlik təxribatçı qrupun qanunsuz hərəkəti, asayiş keşikçilərinə qarşı küt alətlərdən istifadə etməklə törətdiyi zorakılıq Azərbaycanı gözü götürməyən xarici qüvvələrin təhriki ilə törədilib. C.Zeynalov deyib: “Lakin bu qüvvələr unudur ki, Azərbaycan nə İraqdır, nə Suriya. Burada sabitlik xalq-iqtidar birliyinin nümunəsidir və heç bir qüvvə bu birliyi sarsıda bilməz”.

Bu gün dünya əhəmiyyətli, irihəcmli layihələrin reallaşdırıldığı, beynəlxalq aləmdə böyük nüfuz qazanan ölkəmizdə həyata keçirilən islahatlardan, qazanılan dinamik inkişafdan danışan veteran deyib: “Bu gün Azərbaycanın hər yerində yay qayğıları yaşanır. Əsas ərzağımız olan taxıl biçilir. Pambıq tarlaları becərilir. Meyvə, bostan-tərəvəz məhsulları tədarük olunur. Bazarlarda məhsul bolluğundan qiymətlər xeyli aşağı düşüb. Belə bir vaxtda təxribat törətmək, insanların əlini işdən soyutmağa cəhd göstərmək, əslində, bağışlanılmaz bir hərəkətdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında